
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində Euronews telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi və qlobal proseslərdə artan rolunu bir daha aydın şəkildə nümayiş etdirdi. Müsahibə zamanı dövlət başçısı müasir dünyanın qarşılaşdığı siyasi və iqtisadi çağırışlar fonunda Azərbaycanın müstəqil, balanslaşdırılmış və praqmatik siyasət yürütdüyünü vurğulayaraq ölkəmizin regional sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunaraq Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi strateji əhəmiyyət daşıdığını, bu sahədə qurulan əməkdaşlığın uzunmüddətli və qarşılıqlı etimad əsasında formalaşdığını qeyd etdi.
Dövlət başçısı Azərbaycanın üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirdiyini bildirərək ölkəmizin etibarlı tərəfdaş imicinin təsadüfi deyil, ardıcıl siyasətin nəticəsi olduğunu vurğuladı. Müsahibədə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələsi də ön planda yer aldı, Prezident İlham Əliyev Azərbaycanın sülhə və əməkdaşlığa əsaslanan mövqeyini bir daha ifadə edərək ölkəmizin münaqişələrin deyil, dialoqun və qarşılıqlı anlaşmanın tərəfdarı olduğunu bəyan etdi. Dövlət başçısı eyni zamanda Azərbaycanın iqtisadi inkişaf strategiyası, həyata keçirilən struktur islahatları, əlverişli investisiya mühiti və qeyri-neft sektorunun inkişafı barədə mühüm mesajlar verərək ölkəmizin dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini beynəlxalq auditoriyaya çatdırdı.
Davos kimi nüfuzlu qlobal platformada Prezident İlham Əliyevin Euronews telekanalı vasitəsilə səsləndirdiyi mövqelər Azərbaycanın sözünün beynəlxalq miqyasda ciddi şəkildə qəbul edildiyini, ölkəmizin qlobal gündəliyin formalaşmasında iştirak etdiyini və müasir dünyanın etibarlı tərəfdaşlarından biri kimi çıxış etdiyini bir daha təsdiqlədi. Bu müsahibə güclü liderlik, milli maraqlara əsaslanan prinsipial siyasət və müasir çağırışlara uyğun inkişaf modeli sayəsində Azərbaycanın regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan dövlətə çevrildiyini açıq şəkildə ortaya qoydu.
Səbinə Həsənova,
YAP-ın fəalı



