
Siyasi sənədlərin arxasında duran əsas dəyər etimaddır. Azərbaycan və Çin arasında formalaşan münasibətlər də məhz bu etimadın üzərində yüksəlir. “Biz əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk” fikri, sadəcə diplomatik ritorika deyil bu, iki dövlətin real siyasətində öz əksini tapan prinsipdir. İstər iqtisadiyyat, istər logistika, istərsə də təhsil və mədəniyyət sahəsində atılan hər addım bu prinsipin nəticəsidir.
Enerji təhlükəsizliyi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi və yüksək texnologiyaların paylaşılması kimi sahələrdə qarşılıqlı maraq günbəgün artır. Azərbaycanın tranzit rolu ilə Çinin genişlənən qlobal təşəbbüsləri bir-birini tamamlayır. Bu sinerji sadəcə qlobal iqtisadi modelə deyil, həm də regional sabitliyə töhfə verir. Tərəflər artıq uzunmüddətli planlar qurur, ortaq layihələr reallaşdırır və davamlı tərəfdaşlıq üçün yeni mexanizmlər yaradırlar.
Əməkdaşlığın inkişafına verilən önəm, yalnız iki ölkənin maraqlarını deyil, bütövlükdə Avrasiya məkanında inteqrasiyanı gücləndirir. Azərbaycanın qapıları Çinə açıqdır və bu açılış qarşılıqlı hörmət və fayda üzərində qurulub. Beləliklə, diplomatik niyyət real layihələrə, siyasi iradə isə strateji tərəfdaşlığa çevrilir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı