Analitika

Azərbaycan daima tolerant bir ölkə olmuşdur

Artıq İkinci Qarabağ müharibəsindən iki il ötüb. Lakin Azərbaycan ilə Ermənistan arasında münasibətlər hələ də normallaşmayıb. Baxmayaraq ki, öz ərazi bütövlüyünü təmin edərək müharibəni qalibiyyətlə başa vuran Azərbaycan müharibənin bitdiyi ilk günlərdən düşmən ölkəyə sülh təklifi etmişdir, amma Ermənistan hökuməti bu təklifi hələ də müsbət cavablandırmayıb.

Bu müddət ərzində həm Rusiyanın, həm də Avropa İttifaqı Şurasının vasitəçiliyi və təşəbbüsü sayəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli və dördtərəfli görüşlər keçirilmiş və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bu görüşlərin əsas müzakirə mövzusu olmuşdur. Müzakirələr zamanı Azərbaycan tərəfinin 5 baza prinsipi əsasında sülh təklifinə heç bir ölkə irad bildirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabr ayının 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu barədə demişdir: “Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin – nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”. Ermənilərin riyakar, ikiüzlü olduqları hər kəsə məlumdur.

Görüş zamanı həmçinin Qərblə enerji sektorunda imzalanan yeni sazişlərdən,bu yöndə olan yeniliklərdən və uğurlardan da söz açılıb.

İlham Əliyev qeyd etdi ki, söylənilənlərin heç biri həqiqəti əks etdirmir. Laçın dəhlizində hərəkət əslində heç vaxt dayandırılmamış,azad olmuşdur. Qırmızı Xaç Komitəsinə məxsus yük maşınlarında rast gəlinən qanunsuzluq Laçın dəhlizindəki hərəkətin dayanmasına səbəb olsa da, hadisənin araşdırılması və qanunun bərqərar olmasından sonra hərəkət yenidən bərpa olunmuşdur.

Siz missiyanızın nədən ibarət olduğunu deyərdiniz? Missiyanız müharibədə qalib gəlmək, yoxsa dayanıqlı sülhə nail olmaqdır?

Ölkə başçısına ünvanlanan suala İlham Əliyevin cavabı birmənalı olmuşdur: – “Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.”

Həmçinin Əliyev onu da bildirmişdir ki, Azərbaycan Qarabağda məskunlaşan ermənilərə onların azərbaycanlılara qarşı törətdikləri qətliamdan fərqli olaraq sülh çərçivəsində yaşamağı təklif edir. Lakin buarada tək şərt bundan ibarətdir ki, Azərbaycan ərazisində yaşamaq istəyən ermənilər Azərbaycan vətandaşı olaraq yaşamalı ya da ərazimizi tərk etməlidirlər. Və bu da çox legitim yanaşmadır.

Sonda prezident Ermənistan xalqına onlar üçün qəbulolunan seçim olan azərbaycanlıların öz torpaqlarında yaşamaq hüququnu tanımaları mesajını vermiş və iki xalq arasında sülhə inamını bir daha dilə gətirmişdir. Həmçinin bu da vurğulanıb ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button