Analitika

Azərbaycan dövləti öz gücünə, öz imkanlarına arxalanan dövlətdir

Bu gün Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır. Bu reallıqlar sülhə, əmin-amanlığa söykənir. Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgəmiz üçün yeni perspektivlər vəd edir. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək üçün əzmlə çalışır. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, uğurlu daxili və xarici siyasətidir ki, bu gün Azərbaycan regionun güclü dövlətidir. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə davam etdirilməsi ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir.

Azərbaycanın hər bir bölgəsi günbəgün daha da inkişaf edir, yeni inkişaf mərhələsinə qədəm qoyur. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı bölgələrdə  aparılan quruculuq-abadlıq işləri ilə daima yaxından maraqlanır, göstəriş və tapşırıqlarını verir. Böyük infrastruktur layihələrinin -elektrik enerjisi ilə təchizat, suvarma, yol infrastrukturu, qazlaşdırma , içməli su layihələrinin, həmçinin sosial infrastruktur layihələrinin-rayonlarda  müasir xəstəxanaların, tibb ocaqlarının, məktəblərin  inşasının həyata keçirilməsi  regionlarda əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, onları narahat edən məsələlərin həllinə  xidmət edir.

Azərbaycan Respublikasının 2022–2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyasında əks olunmuş işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına xidmət edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühim işlər görülüb. Bu ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

Hər birimiz bölgələrdə aparılan quruculuq və abadlıq işlərini gördükcə sevinc hissi keçiririk. Ölkə başçısının regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində gördüyü işləri dəstəkləyir və alqışlayırıq. Bölgələrimizin  inkişafı ölkəmizin uzunmüddətli inkişafının təminatçısıdır. Demək olar ki, bu gün hər bir bölgədə, hər bir rayonda , hər bir kənddə normal yaşamaq və işləmək üçün  şərait yaradılmışdır və əminik ki , bu işlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button