Analitika

Azərbaycan dünyada beynəlxalq platformaların həyata keçirildiyi bir məkana çevrilib

Azərbaycan dünyada beynəlxalq platformaların həyata keçirildiyi bir məkana çevrilib. Bunun reallaşmasını şərtləndirən əsas səbəblərdən biri ölkəmizdə mövcud olan siyasi sabitliklə bağlıdır. Həmçinin beynəlxalq platformaların ölkəmizdə keçirilməsi, dövlətimizin dünyada getdikcə daha da artan nüfuzundan xəbər verir. Bu mənada 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin yürütdüyü uğurlu daxili və xarici siyasətin, o cümlədən Qarabağ və Şərqi Zəngəzur ətrafında baş verən proseslərlə bağlı dünyaya doğru informasiyanın çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Digər önəmli bir məqam isə iqtisadi amillərlə bağlıdır. Belə ki xaricdən ölkəmizə gələn qonaqlar Azərbaycanın artan iqtisadi gücünü görürlər. Bu da ölkəmizdə formalaşan münbit investisiya mühitinin dünyada təbliğinə xidmət edir. Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək  ölkəmizdə II Azrbaycan Milli Şəhərsalma Forumu keçirilir. Tədbir işğaldan azad edilmiş Zəngilanda və paytaxt Bakıda “Şəhərsalma həftəsi” çərçivəsində reallaşır. Üç gün davam edən forumda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusuna dair ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir. Beynəlxalq tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev azad edilmiş ərazilərimizə dair vacib məlumatları açıqlayaraq hazırda Böyük Qayıdış proqramının ölkəmizin qarşısında duran ən vacib məsələ olduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button