AnalitikaGündəmSiyasət

Azərbaycan ədaləti özü təmin etdi

Tarixin müxtəlif dövrlərində xalqlar öz hüquqlarını qorumaq və ədaləti təmin etmək üçün ağır sınaqlardan keçmişlər. Bu baxımdan Azərbaycan xalqının keçdiyi yol xüsusilə diqqətəlayiqdir. Uzun illər ərzində üzləşdiyi haqsızlıqlara, beynəlxalq hüququn selektiv yanaşmalarına və ikili standartlara baxmayaraq, Azərbaycan ədalətin bərqərar olunmasını öz iradəsi, siyasi qətiyyəti və milli birliyi hesabına təmin etdi.

Ədalət anlayışı təkcə hüquqi müstəvidə deyil, eyni zamanda mənəvi və tarixi aspektlərdə də mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı üçün ədalət torpaqlarının, suverenliyinin və milli ləyaqətinin qorunması demək idi. Uzun müddət beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasız qalması göstərdi ki, bəzi hallarda ədalət yalnız sənədlərdə mövcud olur. Məhz bu məqamda Azərbaycan öz taleyinin sahibinin özü olduğunu sübut etdi.

Milli birlik və güclü dövlətçilik ənənələri Azərbaycanın bu yolda əsas dayağı oldu. Xalq və dövlət eyni məqsəd ətrafında birləşərək ədalətin bərpasını tarixi zərurət kimi qəbul etdi. Bu proses sübut etdi ki, haqlı mövqeyə, güclü iradəyə və legitim əsaslara malik olan xalq gec-tez öz haqqına qovuşur.

Azərbaycanın ədaləti özü bərqərar etməsi yalnız bir ölkənin uğuru deyil, həm də beynəlxalq münasibətlər sisteminə verilən mühüm mesajdır. Bu mesaj ondan ibarətdir ki, beynəlxalq hüquq işləmədikdə, dövlətlər öz qanuni maraqlarını qorumaq üçün daxili güclərinə arxalanmalı olurlar. Azərbaycan bu reallığı yaşayaraq sübut etdi ki, ədalət bəzən kənardan deyil, məhz xalqın öz iradəsindən doğur.

Nəticə etibarilə, Azərbaycanın keçdiyi yol tarixdə ədalət uğrunda mübarizənin parlaq nümunələrindən biri kimi qalacaq. Bu təcrübə göstərdi ki, haqq işi geciksə də, heç vaxt itmir və onu qorumağa qadir olan xalq sonda öz ədalətini özü bərqərar edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ağır və ədalətsiz bir sınaqla üz-üzə qaldı. Ermənistanın açıq işğalçılıq və təcavüzkar siyasəti nəticəsində ölkəmizin əraziləri zəbt olundu, yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salındı. Bu proses təkcə regional münaqişə deyildi, eyni zamanda beynəlxalq hüququn və ədalətin sınağı idi. Azərbaycan beynəlxalq aləmdən sadəcə bir şey tələb edirdi: mövcud hüquqi mexanizmlərin işləməsi və ədalətin bərpa olunması. Lakin “beynəlxalq ictimaiyyət” adlanan strukturlar bu məsələdə prinsipial mövqe ortaya qoymadı, əksinə, ikili standartlar nümayiş etdirdi.

Ermənistan tərəfindən torpaqları işğal olunan Azərbaycan təxminən 30 il ərzində açıq-aşkar haqsızlıq və ədalətsizliklə üz-üzə qaldı. Münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn prinsipləri mövcud idi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Baş Assambleyanın iki qətnaməsi, BMT Baş katibinin dəfələrlə verdiyi bəyanatlar, beynəlxalq platformalarda qəbul edilmiş sənədlər, ATƏT-in qərarları və digər mötəbər sübutlar açıq şəkildə göstərirdi ki, Azərbaycan işğala məruz qalıb və Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Lakin bütün bunlara baxmayaraq, beynəlxalq hüququn prinsipləri reallaşmadı, beynəlxalq ictimaiyyət və təşkilatlar bu ədalətsizliyə uzun illər səssiz qaldı.

Azərbaycan münaqişə ilə bağlı bütün məsələlərin kompleks şəkildə həllinə nail olmağa çalışdı və buna tam şəkildə nail oldu. Bu gün yalnız sülh sazişinin imzalanması məsələsi qalıb.

Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi birgünlük antiterror tədbirləri ilə bütün ərazilərində tam suverenliyini təmin edib və bu proseslə paralel olaraq keçmiş münaqişə ilə bağlı ədalətsizlikləri və hüquqazidd məqamları aradan qaldırmaq üçün də ardıcıl addımlar atıb. Bu addımların ən mühümü isə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunmasıdır: “Söhbət sülh və insanlıq əleyhinə cinayətlərdən, müharibə cinayətlərindən, təcavüzkar müharibənin aparılmasından, Azərbaycanın ərazi bütövlüyünün pozulmasından, terrorçuluqdan və digər ağır cinayətlərdən gedir. Bu cinayətlər dünyanın istənilən yerində ağır və məsuliyyət doğuran cinayətlər hesab olunur. Azərbaycan bu istiqamətdə unikal bir proses həyata keçirib. Araik Arutyunyan başda olmaqla, keçmiş qondarma rejimin rəhbərliyində təmsil olunan şəxslər Azərbaycan məhkəmələri tərəfindən mühakimə edildilər. Ədalət bərpa olundu”.

Bu addımla Azərbaycan açıq mesaj verdi: Azərbaycan xalqına və dövlətinə qarşı törədilən heç bir cinayət cavabsız qalmayacaq. Bu proses təkcə Azərbaycan üçün deyil, digər dövlətlər və xalqlar üçün də nümunədir. Azərbaycan haqqın, ədalətin və hüququn yanında olduğunu bir daha nümayiş etdirdi. Cənubi Qafqazda həm tarixi, həm də ilahi ədalətin bərpası gələcəkdə bir çox ölkələr üçün presedent olacaq.

Aslanov Kamran,
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button