Analitika

Azərbaycan ərazi bütövlüyünü təmin etməklə, regionda söz sahibi olduğunu bir daha sübut etdi

2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Bütün bunların fonunda birmənalı demək olar ki, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən bölgədə keçirilən  lokal xarakterli antiterror tədbirləri də uğurla başa catacaq. Məlum olduğu kimi, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri son bir neçə ayda ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmaqla, ərazilərimizin minalanmasını davam etdirməklə məqsədli şəkildə bölgədə vəziyyəti gərginləşdirməkdə idi. Düşmən döyüş mövqelərini şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirməyə cəhd edirdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən təsbit edilmişdi ki, ermənilər hərbi birləşmələrinin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, ordumuzun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi mənfur əməlləri həyata keçirməyə çalışırlar. Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhvinə, Ermənistan hərbçilərinin tərksilah edilməsinə və neytrallaşdırılmasına yönəlib. Düşmənin və bəzi ermənipərəst dairələrin iddialarının əksinə olaraq Silahlı Qüvvələrimiz ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, onların həyatının qorunması üçün bütün lazımi tədbirləri görür.Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. İldırım sürətli lokal antiterror tədbirləri Azərbaycan Prezidenti İlham Əliyevin tam uğuru ilə başa çatdı.

Lalə Müseyibova,
Nizami rayon 210 saylı məktəbin direktor müavini

 

Oxşar Xəbərlər

Back to top button