AnalitikaGündəm

Azərbaycan faciənin dəqiq və hərtərəfli araşdırılmasını tələb edir

Bildiyiniz kimi, Azərbaycan Rusiya-Ukrayna müraqişəsi ilə əlaqədar Qərbin koalisiyasına qoşulmadı. Qərb də bundan istifadə edərək Azərbaycana təzyiqlər edir və baş verən hadisələri də qabardaraq dövlətlərarası münasibəti korlamaq üçün müxtəlif təbliğatlar aparıldı və bundan da istifadə edən həm daxili, həm xarici qüvvələr fəallaşdı və dövlətlərarası münasibəti korlamaq üçün bu hadisədən öz siyasi məqsədləri üçün istifadə edildi. Bu cür davranış nə beynəlxalq hüquqa, nə yazılan qanunlara, nə də yazılmayan qanunlara, nə də insani dəyərlərə, münasibətlərə uyğun gəlmir. Yəni faciədən özlərinin siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir və hadisənin baş verdiyi anda dost dövlətlər, qardaş dövlətlər bizim dərdimizə şərik oldu. Bu istər texniki baxımdan sıradan çıxmış təyyarə olsun və ya vurularaq sıradan çıxmış təyyarə olsun, bizim faciəmizə, bizim dərdimizə şərik oldular və hadisənin araşdırılması üçün təşəbbüs göstərməyə cəhd etdilər. Məsələ burasındadır ki, Rusiya prezidentinin Azərbaycan Prezidentinə zəng etməklə üzrxahlıq etməsi bir daha onu göstərir ki, Azərbaycan və Rusiya arasında dostluq, əməkdaşlığa sadiqdirlər və bu hadisə sifarişlə deyil. Təbiidir ki, istintaq gedir. İstintaqın nəticəsindən sonra tam əmin olunacaq ki, hadisə tam necə olubdur. İlkin məlumatlara görə təyyarənin vurulması və sıradan çıxarılması nəticəsində qəzaya uğrayıb. Bunu şahid qismində hadisə yerində olan insanlar və təyyarədə baş verən, görünən izlər də bir daha onu sübut edir.

Bu hadisə dövlətlərarası münasibətlərin korlanmasına əsas verə bilməz. Çünki iki qonşu dövlət daha qabağa baxır, daha strateji məqsədlər üçün əməkdaşlıq etməkdədirlər. Ancaq bu cür hadisələrin gələcəkdə yol verilməsinin qarşısını almaq üçün ciddi addımlar da atılmalıdır. Çünki beynəlxalq konvensiyalara görə dövlətlərarası razılaşmalara görə sərnişin təyyarəsi başqa bir dövlətin ərazisinə girərsə həmin dövlət həmin təyyarənin təhlükəsizliyinə zəmanət verməlidir. İstənilən halda bu sərnişin kolidoruna hərbi müdaxilə yolverilməzdir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün daha ciddi addımlar atılmalıdır.

Ramidə İbrahimova,
36 saylı şəhər poliklinikasının baş həkimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button