AnalitikaGündəmSiyasət

Azərbaycan – Gürcüstan dostluğu

Aprelin 6-da Tbilisi şəhərində AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasındakeçirilən görüş səsləndirilən bəyanatlar təkcədiplomatik hadisə kimi deyil, həm Cənubi Qafqazregionunda formalaşmaqda olan yeni siyasi nizamınaçıq göstəricisi kimi dəyərləndirilə bilər. Bu çıxışlarregionun gələcək güc balansı, təhlükəsizlik sistemi geosiyasi prioritetləri barədə mühüm mesajlar verir.

Cənab Prezident İlham Əliyevin bəyanatı məzmunetibarilə bir neçə əsas siyasi xətt üzərindəqurulmuşdur: suverenlik ərazi bütövlüyününqorunması, regional əməkdaşlığın gücləndirilməsi xarici təsirlərdən asılı olmayan müstəqil siyasətkursunun davam etdirilməsi. Ölkə Prezidenti açıqşəkildə qeyd etdi ki, Azərbaycan Gürcüstanbeynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyib bundan sonra da bu mövqedə qalacaqlar. Onunsözlərinə görə, iki ölkə hər zaman bir-birinin ərazibütövlüyünü, suverenliyini sərhədlərinintoxunulmazlığını dəstəkləyib bundan sonra dadəstəkləməkdə davam edəcək. Bu yanaşma regiondaformalaşmaqda olan yeni siyasi əməkdaşlıq modelininəsas prinsiplərindən biri kimi çıxış edir. Bu fikrinarxasında dayanan əsas mesaj isə ondan ibarətdir ki, Cənubi Qafqaz artıq böyük güclərin rəqabət meydanıolmaqdan uzaqlaşaraq, region dövlətlərinin öztəşəbbüsü ilə qurduğu əməkdaşlıq məkanınaçevrilməkdədir.

Bu, region üçün mühüm tarixi dönüş nöqtəsi hesabedilə bilər. Uzun illər ərzində münaqişələr, geosiyasiqarşıdurmalar təsir dairələri uğrunda mübarizə iləyadda qalan bu bölgə indi yeni siyasi reallıqlarmərhələsinə qədəm qoyur. Cənab Prezident İlhamƏliyevin çıxışında diqqət çəkən digər mühüm məqamisə siyasi sabitliyin dövlət inkişafının əsas şərtlərindənbiri kimi təqdim olunmasıdır. Bu kontekstdəGürcüstanda mövcud olan daxili sabitlik xüsusivurğulandı qeyd edildi ki, məhz bu sabitlik ölkəninuğurlu inkişaf modelinin əsasını təşkil edir. Əslində bufikir dolayısı ilə region ölkələrinə ünvanlanan birmesajdır: siyasi sabitlik olmadan iqtisadi inkişaf, geosiyasi nüfuzun artması mümkün deyil.

Regionda təhlükəsizlik məsələlərinə yanaşma da yenimərhələyə daxil olmuşdur. Cənab Prezident İlhamƏliyev bildirdi ki, dünyada artan münaqişələr fonundaCənubi Qafqaz sabitlik əməkdaşlıq məkanınaçevrilməlidir. Onun fikrincə, müxtəlif bölgələrdətəhlükəsizlik problemlərinin artdığı bir dövrdə CənubiQafqazın sülh əməkdaşlıq məkanı kimiformalaşması xüsusi əhəmiyyət kəsb edir. Bu fikirtəkcə siyasi arzu deyil, həm konkret stratejiyanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər.

AzərbaycanErmənistan münasibətləri ilə bağlısəsləndirilən fikirlər xüsusi diqqətə layiqdir. Dövlətbaşçısı İlham Əliyev vurğuladı ki, sülh prosesininmöhkəmlənməsi yalnız imzalanan sənədlərlə deyil, real praktiki addımlarla təmin olunmalıdır. Bu yanaşmaklassik diplomatik üsullardan fərqli olaraq dahapraqmatik nəticəyə yönəlmiş siyasətin göstəricisikimi qəbul olunur. Sülhün iqtisadi əsaslar üzərindəqurulması, xüsusilə ticarət əlaqələrinin inkişafetdirilməsi regionda uzunmüddətli sabitliyin təminedilməsi üçün mühüm vasitə kimi təqdim edilir.

Bu kontekstdə Gürcüstanın rolu xüsusi stratejiəhəmiyyət daşıyır. Tbilisi faktiki olaraq regiondaneytral platforma mühüm logistika mərkəzifunksiyasını yerinə yetirir. Azərbaycan Ermənistanarasında müəyyən ticarət əlaqələrinin məhz Gürcüstanvasitəsilə həyata keçirilməsi bu ölkənin vasitəçi sabitləşdirici aktor kimi mövqeyini daha dagücləndirir. Bu isə Gürcüstanın regional siyasətdərolunun çəkisinin artmasına səbəb olur.

Siyasi baxımdan diqqət çəkən mühüm məqamlardanbiri region ölkələrinin gələcək əməkdaşlıqmodelidir. Ölkə Prezidenti İlham Əliyevin çıxışındaaydın şəkildə hiss olunur ki, Azərbaycan regionalinteqrasiyanın təşəbbüskarlarından biri kimi çıxış edir bu prosesdə Gürcüstan əsas tərəfdaşlardan birihesab olunur. Bu əməkdaşlıq modeli isə üç əsas prinsipüzərində qurulur: qarşılıqlı hörmət, dövlətlərin daxiliişlərinə qarışmamaq ortaq maraqların qorunması.

Eyni zamanda bu görüş Qərb Şərq arasındaformalaşan geosiyasi xətt baxımından da mühümmesajlar verir. Azərbaycan Gürcüstanın həyatakeçirdiyi siyasət balanslı praqmatik xarakter daşıyır. Bu ölkələr tam şəkildə hər hansı bir siyasi blokuntərkibində çıxış edir, özlərini geosiyasi təcridvəziyyətinə salırlar. Əksinə, onlar müxtəlif gücmərkəzləri ilə əməkdaşlıq edərək milli maraqlaraəsaslanan çoxvektorlu siyasət həyata keçirirlər. Buyanaşma xüsusilə müasir dövrdə qlobal gərginliyinartdığı bir şəraitdə daha акtual görünür.

Dünyada yeni güc balansının formalaşdığı bir dövrdəAzərbaycan Gürcüstan arasında əməkdaşlıqregionda sabitlik tərəfdaşlıq nümunəsi kimi çıxışedir. Bu isə yalnız regional deyil, eyni zamandabeynəlxalq aktorlar üçün diqqət çəkən cəlbedicibir model yaradır.

Tbilisidə baş tutan bu görüş Cənubi Qafqazın siyasigələcəyinə dair aydın istiqamətlər təqdim etdi. CənabPrezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərgöstərir ki, region ölkələri artıq beynəlxalqmünasibətlər sistemində passiv obyekt kimi deyil, aktiv siyasi subyekt kimi çıxış edirlər. Onlar özgələcəklərini müəyyənləşdirir, əməkdaşlıqplatformalarını formalaşdırır regional sabitliyintəmin olunması üçün siyasi iradə nümayiş etdirirlər. Buisə xarici təsirlərin deyil, məhz regional konsensusunmüəyyən etdiyi yeni Cənubi Qafqaz reallığınınformalaşdığını göstərir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button