AnalitikaGündəmSiyasət

Azərbaycan Gürcüstan münasibətləri

   Azərbaycan və Gürcüstan taleyi bir-biri ilə sıx bağlı olan iki qonşu və dost ölkələrdir. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İrakli Kobaxidzenin Baş nazir kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək.

   Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostratejiyerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb.

    Ölkələrimizin iştirakı ilə strateji meqa layihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da aktuallaşır.

Azərbaycan və Gürcüstan birgə həyata keçirdikləri neft-qaz, nəqliyyat və kommunikasiya layihələri ilə nəinki Cənubi Qafqazın, həm də Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib ediblər. Prezident Əliyev qeyd etdi ki, Azərbaycan hazırda Gürcüstan vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir, bu da Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

   Orta Dəhliz kimi tanınan nəqliyyat layihəsi də hər iki ölkənin iqtisadi sinergiyasını gücləndirir. Azərbaycan və Gürcüstandan keçən bu dəhlizdə yük həcmi ildən-ilə artır və bunun üçün əlavə infrastruktur addımları atılır.

Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri zamanı da bildirib ki, iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarasıəlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm;

Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı
Rzayeva Xəyalə Balababa qızı

 

Oxşar Xəbərlər

Back to top button