
2026-cı il aprelin 6-da Prezident İlham ƏliyevinGürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanat həmikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həm dəregionda baş verən siyasi və geosiyasi prosesləri əhatəedən geniş məzmunlu çıxış kimi diqqət çəkir. Bu bəyanat göstərir ki, Azərbaycan ilə Gürcüstan arasındaformalaşmış əlaqələr artıq uzunmüddətli stratejitərəfdaşlıq səviyyəsinə yüksəlmiş və regional sabitliyinəsas sütunlarından birinə çevrilmişdir.
Azərbaycan–Gürcüstan münasibətlərinin əsasınıqarşılıqlı hörmət, etimad və beynəlxalq hüququnprinsiplərinə sadiqlik təşkil edir. Hər iki ölkə bir-birininsuverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildədəstəkləyir və bu mövqe ikitərəfli əməkdaşlığındəyişməz prinsipi kimi çıxış edir. Bu yanaşma xüsusiləmürəkkəb beynəlxalq münasibətlər sistemində mühüməhəmiyyət kəsb edir, çünki regionda sabitliyinqorunması üçün qarşılıqlı dəstək və etibarlı tərəfdaşlıqvacib amillərdir.
Bununla yanaşı, Azərbaycan ilə Gürcüstan arasındaəməkdaşlıq siyasi sahə ilə məhdudlaşmır. İqtisadimünasibətlər, xüsusilə enerji və nəqliyyat sahəsindəhəyata keçirilən birgə layihələr bu tərəfdaşlığın real nəticələrini əks etdirir. Region üçün strateji əhəmiyyətdaşıyan enerji kəmərləri və nəqliyyat dəhlizləri məhz buiki ölkənin birgə təşəbbüsü ilə reallaşdırılmışdır. Bu layihələr sayəsində Cənubi Qafqaz beynəlxalq enerjitəhlükəsizliyində və qlobal nəqliyyat sistemində mühümrol oynayan bölgələrdən birinə çevrilmişdir. Eynizamanda, bu əməkdaşlıq Avropa ilə Asiya arasındaiqtisadi əlaqələrin inkişafına da mühüm töhfə verir.
Cənab prezident İlham Əliyev çıxışında Gürcüstanasəfərindən məmnunluğunu ifadə edərək bu ölkəni qardaşdövlət kimi xarakterizə etmiş və “yenidən qardaşGürcüstanda olmaq mənim üçün böyük şərəfdir” fikrinisəsləndirmişdir. Bu ifadə iki ölkə arasındamünasibətlərin yüksək səviyyədə olduğunu və qarşılıqlıdostluq əlaqələrinin möhkəm təməllərə söykəndiyinigöstərir. Bu yanaşma onu deməyə əsas verir ki, Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr yalnızrəsmi diplomatik çərçivədə deyil, eyni zamanda səmimivə etibarlı münasibətlər üzərində qurulmuşdur.
Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə göstərir ki, iki ölkə arasında siyasi dialoq intensiv vədavamlı xarakter daşıyır. Bu dialoq regional məsələlərinmüzakirəsi, qarşılıqlı maraqların uzlaşdırılması vəgələcək əməkdaşlıq istiqamətlərininmüəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətəmalikdir. Bu cür əlaqələr regionda sabitliyinmöhkəmləndirilməsi və mümkün risklərin qarşısınınalınması üçün mühüm rol oynayır.
Bəyanatda xüsusi yer tutan əsas məqamlardan biri dəCənubi Qafqazda yaranan yeni vəziyyətlə bağlıdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, regiondatamamilə yeni reallıqlar formalaşmaqdadır. Bu reallıqlarözünü ilk növbədə əməkdaşlıq imkanlarınıngenişlənməsi, iqtisadi əlaqələrin dərinləşməsi vənəqliyyat-kommunikasiya xətlərinin inkişafı ilə göstərir. Əvvəllər daha çox münaqişələrlə xarakterizə olunan buregion tədricən əməkdaşlıq və qarşılıqlı fayda əsasındainkişaf edən bir məkana çevrilməkdədir.
Yeni mərhələdə sülhün təmin olunması üçün yalnızsiyasi bəyanatların kifayət etmədiyi, konkret praktikiaddımların atılmasının vacibliyi vurğulanmışdır. Bu baxımdan iqtisadi layihələr, ticarət əlaqələriningenişləndirilməsi və region ölkələri arasında qarşılıqlıasılılığın artırılması mühüm rol oynayır. Bu yanaşmauzunmüddətli sabitliyin və təhlükəsizliyin təminolunmasına xidmət edir.
Gürcüstanın bu prosesdə rolu xüsusi qeyd olunmalıdır. Bu ölkə öz coğrafi mövqeyinə görə regionda əsas tranzitmərkəzlərindən biri kimi çıxış edir və Şərq ilə Qərbarasında körpü rolunu oynayır. Azərbaycan iləGürcüstan arasında qurulan sıx əməkdaşlıq da məhz butranzit və iqtisadi imkanların daha effektiv istifadəsinəşərait yaradır. Bu isə bütövlükdə Cənubi Qafqazregionunun inkişafına müsbət təsir göstərir.
Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin busəfər çərçivəsində verdiyi bəyanat Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunubir daha təsdiqləyir və bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini göstərir. Eyni zamanda, bu çıxış CənubiQafqazda yeni siyasi və iqtisadi mərhələninformalaşdığını nümayiş etdirir. Bu mərhələ əməkdaşlıq, qarşılıqlı fayda və davamlı sülh prinsipləri üzərindəqurulmuşdur və regionun gələcək inkişafperspektivlərini müəyyən edən əsas istiqamət kimi çıxışedir.
Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı(ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini



