İlin sonu faciəvi və ağır bir xəbər xalqımızı və dövlətimizi sınağa çəkdi.
25 dekabr 2024 cü ildə Azərbaycan hava Yolları Bakı –Qroznı reysini yerinə yetirən “Embrayer”E190AR təyyarəsi Qazaxıstanın Aktau Şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Xəzər dənizi üzərində “SOS”siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqaməıtlənən təyyarə Aktau aeraportu yaxımlığında qəzaya uğradı. Hadisə ilə əlaqədar Dekabrln 26 da Prezidentimizin sərəncamı ilə Azərbaycanda matəm elan olundu. Qəzaya uğrayan təyyarə 2013 cü ildə Braziliyanın “Embrayer”şirkəti tərəfindən istehsal edilib. Qəzaya qədər təyyarə 9949 eniş həyata keçirib Təyyarə son dəfə texniki yoxlamadan 8 oktyabr 2024 cü ildə keçib.
Təyyarə saat 8-00 da Bakıdan havaya qalxıb Qroznı hava limanında pis hava şəraitinə görə Mahacqala və digər hava limanlarında eniş etmək istəyib lakin təəssüf ki,sonra araşdırmalar nəticəsində məlum olub ki,hava şəraitini bəhanə gətirərək buna icazə verilməyib və təyyarəni Aktauya yönəldiblər.Sonradan məlum olub ki, hava hücumundan müdafiə sisteminin raketinin atəşi nəticəsində təyyarə xəsarət almış və qanad tərəfdə dəliklər əmələ gəlmiş,mühərriklər tədricən idarəetməni itirməyə başlamışdır.Risiya tərəfi isə Qazaxıstana AZAL təyyarəsinin oksigen balonunun partlaması səbəbi olduğunu səhvən bildirmişdir. Lakin sonra məlum olmuşdur ki,əyər oksigen balonu partlasa idi ekipaj üzvləri hamılıqda məhv ola bilərdi. Hətda ilkin məlumatlarda təyyarədə yaranan nasazlığın səbəbi havada olarkən quş sürüsü ilə toqquşma göstərilmişdir. Təyyarə Aktau yaxınlığında məcburi qəza enişi edərkən sürtünmə nəticəsində yanmış,lakin sərnişinlərin bir çox üzvləri sağ qalmışlar. Bu təyyarə qəzaları tarixində demək olar ki,nadir hallardan biridir.
Təyyarə göyərtəsində 62 sərnişin ,5 ekipaj üzvü olmaqla 67 nəfər olmuş.Hazırda 38 nəfərin həyatını itirdiyi məlum olub. Göyərtədə 37 Azərbaycan vətəndaşı olub. Hadisədən sonra Qazaxıstan Prezidenti Tokayevin tapşırığı ilə qəza ilə bağlı Dövlət komissiyası yaranıb. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən də cinayət işi açılıb.və istintaq qrupu Qazaxıstana ezam olunub. Qəza ilə əlaqədar Prezident İlham Əliyev Rusiyaya səfərini yarıçmıq qoyub geri dönüb.O ilk öncə qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib. Daha sonra aidiyyatı qurumlar Prezidentin tapşırığı ilə Aktau şəhərinə ezam olunublar.Qəzanın səbəblərinin araşdırılması ilə əlaqədar Prezidentin tapşırığı ilə Baş Nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Qəza zamanı Qazax xalqı çox operativ olaraq yaralılara qan vermə aksiyası keçirib,səfirliyə başsağlığı verib,qəzanın nəticələrini aradan qaldlrmaq üçün əllərindən gələni ediblər. AZAL isə yaralı və vəfat edənlərə 20,40 min manat miqdarında kompensasiya ödəmişdir.
Hadisəyə demək olar ki bütün dünya içtimaiyyəti reaksiya vermişdir. İlk günlər Rusiya dövləti baş vermis hadisəni müxtəlif bəhanılərlə ört-basdır etmək istəmiş,bu isə xalqın və eyni zamanda Azərbaycan rəhbərliyinin də təəcüb və qınağına səbəb olmuşdur. Nəhayət Rusiya Prezidenti Putin dövlət başçımıza telefon edərək baş vermis hadisə ilə əlaqədar üzr istəmiş,və günahkarların cəzalandığılması ilə əlaqədar lazımi tədbirlər görüləcəyini söyləmişdir.
Bundan başqa Prezidentimiz də rusiyanın mövcud məsələyə fikir bildirməkdə gecikdiyini dilə gətirərək sərt bəyənat vermişdir. Qeyd etməliyik ki,qəza nəticəsində sərnişinlərin bir qisminin sağ qalması ekipaj üzvlərinin qəhrəmanlığı,peşəkarlığı,fədakarlığı və bir sıra hallarda həyatı bahasına başa gəlmişdir. Bunları nəzərə alaraq Prezidentimiz Sərəncam imzalamışdır.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər.
“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:
Kşnyakin İqor İvanoviç (ölümündən sonra)
Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)
Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)
1-ci dərəcəli “Rəşadət” ordeni ilə:
Əsədov Zülfiqar Sərdar oğlu.
Rəhimli Aydan Vaqif qızı.
Bu sərəncam bütün xalqımızın ürəyindəndir. Qədirbilən xalqımız dövlət və hökumət başçılarının iştirakı ilə vəfat edən ekipaj üzvləri ilə vida mərasimi keçirmiş, şəhid vətən övladları ikinci fəxri xiyabanda torpağa tapşırılmışlar.
Allah bütün şəhidlərə rəhmət eləsin!
Əliyev Elçin,
Xəzər rayonu, 26 № li tam orta məktəbin tarix müəllimi