AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Almaniya arasındakı əlaqələr uzun illərdir ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında inkişaf edir

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezidentlər mətbuata birgə bəyanatlar verərək müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdilər. Azərbaycan ilə Almaniya arasındakı əlaqələr uzun illərdir ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında inkişaf edir.

Almaniya Federativ Respublikasının prezidentinin səfəri bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. Görüşlər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda iki dövlət arasındakı əlaqələrin gələcək inkişafı istiqamətində olmuşdur. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpaolunan enerji sahəsində fəaliyyətimiz daha uğurlu ola bilər. Bu sahədə Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycan bərpaolunan enerji məsələsində daha qabacıl planlara yönəlib. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik. Vacib olan tərəf bunun tam real olmasıdır. Əldə edilən enerjinin bir hissəsi  Avropaya ixrac ediləcəkdir.

Səfər Azərbaycan və Almaniya arasında siyasi dialoqun gücləndirilməsi və beynəlxalq məsələlərdə əməkdaşlığın artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm bir mərhələ olaraq tarixə düşəcəkdir. Bu səfər yalnız iki ölkə arasındakı dostluq və tərəfdaşlıq əlaqələrini möhkəmləndirməklə yanaşı, həm də gələcəkdə genişlənəcək iqtisadi, enerji və mədəni əməkdaşlıq sahələrinə işıq tutacaqdır. Həmçinin, bu səfər Azərbaycanın beynəlxalq səhnədə daha güclü mövqeyini və Almaniya ilə strateji əməkdaşlığının artan rolunu nümayiş etdirir.

Azərbaycan və Almaniya prezidentlərinin görüşü, bu iki ölkə arasındakı mövcud olan qarşılıqlı faydalı əlaqələri daha da inkişaf etdirəcəyini göstərir. Bu səfər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirəcək və Almaniya ilə daha sıx əməkdaşlığın əsası qoyulacaqdır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button