Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür

Bu gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-da Azərbaycannümayəndə heyəti üzvlərinin etimadnamələrininqəbul edilməməsi barədə avropalı deputatlarınçağırışlarından sonra verilib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatlarıçərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanınqurumdakı nümayəndə heyətinin etimadnaməsinitəsdiq etməyib. Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib. Azərbaycan Avropa Şurası Parlament Assambleyası(AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatlaəməkdaşlığı davam etdirə bilməzdi. Bizim üçün vacib olan milli maraqlarımızdır. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlətkimi dünyada nüfuz sahibinə çevrilib. AŞPA iləəməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizinimicinə təsir etməyib, bundan sonra da edə bilməz.
Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarına ciddi zərbə olacaq. Bunun ciddi və geriyə dönüşü olmayan nəticələrinə görəməsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinədüşəcək. Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründəqaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqesərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycanaproblem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqaheç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələrbu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktədilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çoxhaqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığıqeyri-müəyyən müddətə dayandırdı. Bu tarixi qərarlabiz sübut etdik ki, Azərbaycana qarşı səslənənittihamların heç bir əsası yoxdur.
Azərbaycan AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər vəprinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyatakeçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələməverərək, yenə anti-Azərbaycan mövqeyindən çıxış edir.
Arzu Alışqızı,
Nizami rayon 214 saylı məktəbin direktor müavini



