AnalitikaGündəmSiyasət

Azərbaycan müstəqil xarici siyasət yürüdən bir ölkədir

Dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Ona verilən sualları cavablandırıb və eyni zamanda günümüzdə aktual olan müxtəlif məsələlərə toxunub. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Regionda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Belə bir Bəyannamənin imzalanması  30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə sınanan həmin böyük yolun nümayiş etdirilməsidir.ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür.

Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bu ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində  həm münasibətlər müttəfiqlik xarakterini təsdiqləndi.həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirildi.Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır . Ölkələr üçün çətin vaxtlarda  həmişə  vəziyyətin dərk olunması nümayiş etdirilib. Ə Bundan sonra da belə olacaq.

Əlbəttə,  iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmaq davam etdirilir,ticarət dövriyyəsi artır, istənilən sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da COVID-dən əvvəlki səviyyəyə çıxılır ki.bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərin sayının artması buna əsas sübutdur. İndi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur.

Daha sonra Azərbaycanın öhdəliklərindən danışan Prezident bildirib ki, biz üzərimizə düşən bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına çalışılmalıdır.

COP29 ilə bağlı sualları cavablandıran Ölkə başçısı qeyd etmişdir ki, başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, – belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, – qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Mən açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, – o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, – onda bu, normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton neft hasil edən ölkənin, – mən ABŞ-ı nəzərdə tuturam, – bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar.

Müsahibənin sonunda Cənab İlham Əliyev bildirmişdir ki ölkələrimizi, xalqlarımızı və rəhbərliklərimizi daha çox birləşdirən öz milli köklərinə və ənənəvi dəyərlərinə sadiqlikdir . Bu gün bu, demək olar ki, bəzi regionlarda çox nadir haldır. Gah xarici idarəçilik, gah tam mənəvi deqradasiya, yaxud onların biri digəri ilə birlikdə. Yəni, bu, bizi sərfəli şəkildə fərqləndirir. Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu biz edəcəyik. Mütləq. Yoxsa biz azlıqda qalacağıq. Biz isə azlıqda qala bilmərik.

Müsahibəni Cənab Prezident bütün rusiyalıları Yeni il münasibətilə təbrik edərək bitirib: “ Yeni ildə bütün rusiyalılara xoşbəxtlik, əmin-amanlıq arzulayıram.”

Şükufə Əhmədova,
Xəzər rayonu, Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin müəllimi    

Oxşar Xəbərlər

Back to top button