Analitika

Azərbaycan ordusu yenilməz və güclüdür

Şanlı ordumuzun yaranmasından düz 106 il keçir. 1918-ci ilin 26 iyun tarixində yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti həm də milli ordu quruculuğuna məhz bu gün qərar vermişdi. Azərbaycan Ordusunun  yaranmasının 106-cı ili olmasına baxmayaraq artıq dünyanın ən aparıcı ölkələrinin diqqətini cəlb edib. Hal-hazırda ordumuzla NATO üzvü olan ən qüdrətli dövlətlər belə maraqlanırlar.Bunun səbəsi isə 44 günlük Vətən savaşında bir möcüzə kimi qələbə çalmış Ordumuzun başarısıdır.

Azərbaycanın Müzəffər Ordusu bu gün dünyaya bir modeldir, örnəkdir.Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin zəkasının məhsuludur ki, biz bu gün bunu yaşayırıq. O  illər ötməsinə baxmayaraq çox təmkin və ustalıqla Azərbaycan Ordusunun bugünkü Müzəffər hala gəlməsi üçün çalışdı.İşğalçı Ermənistan qalib ədasıyla boy göstərəndə , İlham Əliyev təmkinini belə pozmadan rahat-rahat o möhtəşəm Zəfəri yaxınlaşdırmaqda idi və həmin Zəfər tarixi yaxınlaşdı.Azərbaycan xalqı qalib ölkə olaraq öz şanlı tarixinə bu günü yazdı.

Sözsüz qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan zavodlarında istehsal etdiyi hərbi məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edəir. Hazırkı dövrdə silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilir.

“Dəmir Yumruq” bizim birliyimizin rəmzidir.Biz xalq olaraq bu yumruq altında bir birləşdik.Bu dövlətin güclü olmağı Azərbaycan xalqının dəstəyinin nəticəsidir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button