AnalitikaGündəmSiyasət

Azərbaycan Ordusunun Qürur Tarixi: Heydər Əliyevdən Zəfərə

Müstəqil   Azərbaycanın   memarı   olan   Heydər   Əliyev              Xalq  üçün  önəmli  olan  məqamlar  var  ki ,  həmin gündə  onun  gələcəyini  müəyyən edən  mühüm  başlanğıcların  əsası  qoyulur. Azərbaycan  xalqının  tarixində  belə bir məqamlardan  ən  önəmlisi  tariximizə  qızıl  hərflərlə  yazılmış  26  iyun – Silahlı  Qüvvələr günüdür. Ordu  xalqın   və  dövlətin  ən  əsas  dayaq  yeridir.
Heydər  Əliyevin  yenilməz iradəsi,    uzaqgörənliyi,   fədakarlığı   onun   adı   altında    Azərbaycan
xalqının  birləşməsinə  rəvac   verdi.  Artıq   xalq   Heydər   bütövlüyü   şəklində  vahid  bir  cəbhədə birləşmiş, Azərbaycanın   parlaq   gələcəyinin   əsasını   qoymuşdur.

Hər   bir   azərbaycanlı   xalqın   nicatını –  özünün    nicatını   Heydər   Əliyev cənablarının  hakimiyyətə qayıdışında   gördü. Ulu   öndərimizin  yenilməz siyasəti   nəticəsində Azərbaycan   sürətlə   inkişafa  qədəm   qoydu.   Dünya    xəritəsindən   silinmək qorxusu olan   Azərbaycan   yenidən    parlamağa  başladı.   Ulu   öndərimizin uzaqgörənliyi,  orduya   xüsusi qayğısı   və   diqqəti   sayəsində   ordumuz  gücləndi   və   nizamlı ,  qüvvətli ,  təchizatlı ordu yarandı.

Müstəqil   Azərbaycanın   memarı   olan   Heydər   Əliyev   ordumuza   diqqət etməklə sanki   dövlətimizin  dirçəlməsinə   gətirib   çıxardı. Misilsiz   insani   keyfiyyətləri ilə  zəmanəmizin əbədiyaşar dahisinə çevrilən Ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyevin sayəsində    bugün  Azərbaycan    dünyada  layiqli  yer   tutmuş   və   günəş   kimi parlayır.   Bu   gün   Azərbaycanda   əsası   1918-ci il   26   iyunda   qoyulmuş Azərbaycan Silahlı   qüvvələr   günü   kimi   qeyd   olunur.

Rəşadətli Azərbaycan ordusu 44 günlük vətən savaşında öz mətinliyini, döyüşkənliyini və qüdrətini mənfur erməni ordusu üzərində qələbəsi ilə sübut etdi, torpaqlarımızı erməni işğalçilarının əsarətindən azad etdi və  bununla da dünya orduları içərisində sayılıb seçilən oldu. Nəticədə güclü dünya dövlətləri Azərbaycan dövləti ilə müxtəlif sahələrdə hesablaşmaq məcburiyyətində qaldılar.

Azərbaycan qüdrətli ordusu hesabına Qafqazda liderliyini artıraraq söz sahibi oldu. Möhtəşəm bir dövlət olduğunu sübut etdi. Düşməni və onun tərəf müqabillərini “10 Noyabr 2020-ci il sazişi”ni imzalamağa məcbur etdi.

Hal-hazırda da    Ali    Baş   komandan   İlham Əliyev cənablarının    rəhbərliyi    ilə döyüş qabiliyyətini artıraraq, müstəqil dövlətimizin qarantı kimi öndə dayanır. Bəli, bu yenilməz ordumuzla Azərbaycan xalqı fəxr edir!

1990-cı illərin siyasi rəhbərliyinin xalqımızın qəlbində açdığı yaralara dövlət başçısı İlham Əliyev məlhəm oldu. Dövlət başçısının tarixi Şuşa şəhərimizin işğaldan azad olunması xəbərini xalqımıza çatdırarakən müqəddəs Şəhidlər Xiyabanından etdiyi müraciətində səsləndirdiyi “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadələri hər bir azərbaycanlının sonsuz qüruruna səbəb oldu. Bəli, biz xoşbəxt xalqın nümayəndələriyik ki, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımız var.

Artıq    Ali    Baş    komandan    və    güclü     ordumuz   sayəsində    torpaqlarını    geri   almış    xalqımız     böyük   qürur    və  iftixar    hissi   ilə   yaşayır    və   yaşayacaqdır.

Ələkbər Novruzov
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button