Analitika

Azərbaycan ortaq tariximiz və köklərimiz olan Qırğızıstan dövlətilə daima dostluq, qardaşlıq əlaqələri qurmaqdadır

Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İllərdir ki, davam edən bu münasibətlər hər iki ölkə üçün müsbət cəhətlər formalaşdırmışdır.

Aprelin 24-də  Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub.  Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Azərbaycan ortaq tariximiz və köklərimiz olan Qırğızıstan dövlətilə daima dostluq, qardaşlıq əlaqələri qurmaqdadır. Bu gün Qırğızıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlətdir. Dünya miqyasında hər iki ölkənin nüfuzu artmaqdadır. İstər iqtisadiyyat , istərsə də sosial sahədə yüksək inkişaf müşahidə edilməkdədir. Bu da hər iki ölkənin uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Aparılan siyasət dövlət və xalqın milli mənaefəyinə xidmət etməklə ölkələrin inkişafına böyük töhfə verməkdədir.

İkitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Sevindirici haldır ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub. Azərbaycan Qırğızıstan arasında münasibətlər möhkəmləndikcə, müttəfiqlik artdıqca qarşılıqlı fəaliyyət dərinləşir.

Səbinə Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button