Analitika

Azərbaycan, regionda söz sahibi ölkə olduğunu bütün dünyaya nümayiş etdirdi

Azərbaycanın zəfərində siyasi əzmkarlıq, hərbi üstünlük və Türkiyənin diplomatik dəstəyi də daxil olmaqla bir sıra amillərin, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın hərbi potensialının düzgün qiymətləndirilməməsi, Ermənistanda Birinci Qarabağ müharibəsi nəticəsində hökm sürən nikbinlik, Ermənistanın 30 il ərzində inşa etdiyi qeyri-adekvat müdafiə infrastrukturu və xüsusilə, Ermənistanın böyük dövlətləri, xüsusən də Rusiyanı, münaqişəyə cəlb etməkdə diplomatik uğursuzluqları xüsusi rol oynamışdır. Bunun nəticəsidir ki, Azərbaycan sülh danışıqları prosesində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və sülh müqaviləsinin imzalanması üçün yeganə əsas ola biləcək aydın və məntiqli mövqe nümayiş etdirmişdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar Ermənistanın yersiz tələbləri, o cümlədən, Azərbaycan ərazisi olan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyi adlı tələbləri səbəbindən kifayət qədər ləng gedirdi. Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi danışıqlar prosesində ləngimənin əsas səbəbi olmuşdur. Qarabağdakı erməni icması Bakı ilə birbaşa danışıqlara getmək istəmir, beynəlxalq mediatorların vasitəçiliyi ilə keçirilən görüşlərə üstünlük verirdi ki, bu da öz növbəsində mürəkkəb olan danışıqlar prosesini daha da mürəkkəbləşdirirdi. Lakin Azərbaycan mövqeyini aydın şəkildə ifadə edir – Ermənistan Azərbaycanın bu region üzərində suverenliyini tanıdığı üçün Qarabağ məsələsi artıq beynəlxalq gündəmin parçası deyil.Prezident Əliyev dəfələrlə bildirmişdir ki, Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənlər regionun quruculuğu və bərpası layihələrində iştirak edə bilərlər və Bakı onlara yaşayacaqları yerlərdə və kəndlərdə şərait yaratmağa hazırdır. Lakin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq üçün Qarabağ bölgəsindəkı ermənilər müharibədən sonrakı hadisələrdə Azərbaycanın göstərdiyi açıq-aşkar xoşməramlı niyyəti nəzərə alaraq ilk növbədə separatçılıq ambisiyalarından əl çəkməlidirlər. Sülhə gedən yol maneələrlə dolu ola bilər, lakin regionun firavan gələcəyi postmünaqişə gündəminə səmimi səylər və əməkdaşlığın nümayiş etdirilməsi yolu ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması çərçivəsində təmin edilməlidir. Azərbaycan dövləti öz haqq işini uğurla və ədalətlə həyata keçirdi. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbədən sonra antiterror əməliyyatları nəticəsində seperatçıların təslim olması Azərbaycan dövlətinin növbəti hərbi-siyasi qələbəsidir. Bu, beynəlxalq müstəvidə Azərbaycanın gücünün və qüdrətinin təzahürü olmaqla yanaşı, regionun Lider dövləti olduğunun sübutudur. Cənubi Qafqazda yeni reallıq yaranıb. Azərbaycan antiterror əməliyyatlarında qazandığı möhtəşəm uğur isə tamam fərqli bir reallıq formalaşdırdı. Bir daha göstərdi ki, Cənubi Qafqazda şərtləri diqtə edən tərəf Azərbaycandır və bundan sonra regionun inkişaf orientirlərini Azərbaycan müəyyən edir, gələcəkdə də bu belə olacaq. Yaranmış yeni reallıq qarşısında şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də ölkəmizə qarşı zidd mövqedə dayan qüvvələrin də siyasətində korrektələr olacaq. Regionda sülhün və sabitliyin tam təmin olunması üçün müəyyən vaxt lazımdır. Burada da Azərbaycanın qətiyyətli mövqeyi və milli maraqlara, eləcə də beynəlxalq əməkdaşlıq prinsipinə əsaslanan siyasəti önəmli rol oynayır.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü liseyin həkimi

Oxşar Xəbərlər

Back to top button