Bakıdan Qroznıya gedən sərinişin təyyarəsində baş verən hadisə faciədir. Bu faciə nəticəsində onlarla insan dünyasını dəyişdi. İlkin hadisənin ilkin məqamında müxtəlif fikirlər səslənildi. Çünki cəmiyyətə məlum olmayan informasiyalar nəticəsində cəmiyyətdə müxtəlif fərziyyələr, müxtəlif ehtimallar irəli sürülürdü. Təbii idi ki, ilkin şahidlərin dindirilməsi və təyyarədə olan izlər onu göstərir ki, təyyarə vurularaq texniki cəhətdən sıradan çıxarılmış və nəticədə qəza baş vermişdir. Bu hadisədən siyasi məqsədlər üçün istifadə edən qüvvələr də oldu. Azərbaycan kütləvi informasiya vasitələrində, istərsə də xarici kütləvi informasiya vasitələrində bu hadisəni siyasətləşdirmək və baş verən hadisənin təyyarənin vurulmasını sifariş kimi cəmiyyətə çatdırmaq istəyən qüvvələr də oldu. Məsələ burasındadır ki, ilkin məlumatlara görə təyyarə Qroznıda iki dəfə eniş etmək istədi. Yəni, hava şəraitinin münasib olmadığına görə təyyarə eniş edə bilməyib. Nəticə etibarilə havada vurulması nəticəsində texnika sıradan çıxarıldı. Eyni zamanda qeyd etmək istəyirəm ki, həmin günü Azərbaycan Prezidenti Sankt-Peterburqda keçirilən MDB-nin toplantısına da gedirdi və orada iştirak edəcəkdi və həmin toplantıda dövlətlərarası münasibət müzakirə olunacaqdı. Təşkilatın qarşıda qoyulan məsələlər barəsində fikir mübadiləsi olacaq idi.
Hadisənin nəticəsində Prezident geri qayıdası oldu. Nəinki Azərbaycan, Qazaxıstan, istərsə Rusiya vətəndaşları, insanlar burada həlak oldu. Bu, faciə idi və bu hadisəni siyasətləşdirərək dövlətlərarası münasibəti korlamək istəyən qüvvələr də var. Bildiyiniz kimi Qərb mətbuatı açıq şəkildə iki dövlət arasında münasibətlərin siyasi cəhətdən gərginləşdirilməsi üçün canfəşanlıq etdi. Hadisənin ilk baş verdiyi anda onlar da məsələnin texniki şəkildə, texniki nasazlıq halında baş verdiyini ehtimal edirdilər. Sonradan gördük ki, artıq təyyarə vurularaq sıradan çıxarılıb, bu zaman bunu siyasətləşdirmək və Azərbaycan-Rusiya münasibətlərinə xələl gəlməsi üçün qızışdırıcı fərziyyələr irəli sürməklə, dövlətlərarası münasibətlərə xələl gətirmək istədilər.
Azərbaycanın faciəsindən siyasi məqsədlər üçün istifadə edilməsi nə əxlaq normalarına, nə bəşəri dəyərlərə uyğun deyil və qəbuledilməzdir. Azərbaycana qarşı aparılan bu təxribat xarakterli təbliğat da bizim tərəfimizdən qəbuledilməzdir. Azərbaycan dost dövlətlərlə dost, rəqib dövlətlərlə rəqib davranacaq.
Mikayıl Məmmədov,
Maştağa bələdiyyəsinin sədri