AnalitikaGündəmSiyasət

Azərbaycan Serbiya təmasları uzun illərdir ki, davam edir

Azərbaycan xarici siyasətində hər zaman dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycana bu gün yaxın tərəfdaş və dost olan ölkələrdən biri də Serbiyadır Respublikasıdır.

Azərbaycan və Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf edir və bu prosesin mühüm dayaqlarından biri də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır.Münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Serbiya üçün Azərbaycan çox önəmli strateji tərəfdaşdır. Artıq Azərbaycan Avropanın 16 ölkəsilə mavi qazın ixracı üçün tərəfdaşlıq edir. Serbiya da bu ölkələrdən biridir. İki ölkə arasında münasibətlər çoxşaxəlidir. Siyasi, iqtisadi anlaşmalarla birlikdə təhlükəsizlik baxımından da əməkdaşlıq dərinləşir. Siyasi nöqteyi nəzərdən bu əməkdaşlıq Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması, müxtəlif siyasi platformalarda bir-birini dəstəkləməsi və s. kimi faktları göstərmək olar. Enerji təhlükəsizliyi və iqtisadi məsələlər də bu münasibətlərin inkişafında böyük rol oynayır.

Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə Serbiya açıq şəkildə Bakının yanında dayanıb. Eyni mövqeyi Azərbaycan da Kosovo məsələsində Serbiyaya dəstək verməklə nümayiş etdirib. Bu qarşılıqlı dəstək həm ikitərəfli münasibətlərin strateji xarakterini göstərir, həm də regionlarda yeni diplomatik koordinasiya nümunəsi yaradır. Parlamentlərarası əməkdaşlığın genişlənməsi siyasi münasibətlərin möhkəmlənməsinə paralel olaraq humanitar və iqtisadi əlaqələrin inkişafına da təkan verir. Deputat heyətlərinin qarşılıqlı səfərləri isə xalqlar arasında yaxınlaşmanı sürətləndirir. Azərbaycan üçün Serbiya Avropada etibarlı tərəfdaş, Serbiya üçünsə Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Bu əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində genişlənməsi isə münasibətlərin yalnız ikitərəfli səviyyədə deyil, çoxtərəfli müstəvidə də dərinləşdiyini təsdiqləyir. Nəticə etibarilə, Azərbaycan–Serbiya əməkdaşlığı bu gün regional sabitliyə və beynəlxalq siyasətdə qarşılıqlı dəstək mexanizmlərinə mühüm töhfə verir.

Yüksək səviyyədə inkişaf edən Azərbaycan-Serbiya münasibətləri, iki ölkə arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olduğu halda 2025-ci ildə bu rəqəm 135 milyon dollara yüksəlib. Azərbaycanın Serbiyaya idxalı 55 % artıb. Hərçənd ki, rəqəm də mövcud potensialdan aşağı səviyyədədir. Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və verilən bəyanatlar Azərbaycan və Serbiya arasında əməkdaşlığın strateji xarakter aldığını bir daha nümayiş etdirir. Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi səfərlə Belqrada gəlib. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Serbiyanın paytaxtına siyasi dialoqun davam etdirilməsi və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə səfər edib. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilib. Görüşdə dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. İclası açan Prezident Vuçiç görüşün əhəmiyyətini vurğulayaraq bildirib ki, Bakı ilə Belqrad arasında möhkəm münasibətlər energetika, infrastruktur və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişafına, eləcə də beynəlxalq müstəvidə ortaq mövqelərin güclənməsinə xidmət edir.
Səfər zamanı əməkdaşlığa dair sənədlər mübadilə olunub. Azərbaycan və Serbiya hökumətləri arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və qaz-turbin elektrik stansiyasının tikintisi ilə bağlı sazişlər imzalanıb. Bu sənədlər iki ölkə arasında iqtisadi dialoqun artan xətt üzrə inkişaf etdiyini göstərir. Birgə mətbuat bəyanatında liderlər vurğulayıblar ki, qarrşılıqlı investisiya iştirakını genişləndirməyə və iqtisadi əməkdaşlığı daha da dərinləşdirməyə hazırdırlar.

Əliyeva Sevinc Fizuli qızı,
Xəzər rayonu 122 nömrəli məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button