AnalitikaGündəm

Azərbaycan ŞƏT əməkdaşlığı zəngin perspektivə dayanır

Beynəlxalq münasibətləri həm nəzəri, həm praktiki səviyyədə dərindən bilən, geniş məntiqlianalitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istərregional, istərsə beynəlxalq platformalardadövlətimizin maraqlarını yüksək səviyyədə təminedir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdənasılı olmayan, tamamilə müstəqil sərbəst siyasəthəyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəlisürdüyü təşəbbüslər, həmçinin qlobal sülh təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub yüksək qiymətləndirilib. Heç təsadüfi deyil ki, ölkəmiz bilavasitə 155 ölkənindəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanınuğurlu xarici siyasətinin mühüm əlamətidir. Digərvacib göstərici isə dünyanın ikinci ən böyükbeynəlxalq qurumu olan Qoşulmama Hərəkatına2019–2023-cü illərdə sədrlik Azərbaycana etibaredilib. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvi ədalətli idarəçilik, institusional yeniliklərsayəsində bu beynəlxalq təsisat dünyada böyük imicqazandı, qlobal çəkisi isə xeyli artdı. Bildiyimiz kimi, Azərbaycanın bütün sahələri əhatə edən davamlıinkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişlitəbii-coğrafi mövqeyi təşəbbüskarı olduğu nəhənglayihələrin əhəmiyyəti ölkəmizin bu təşkilatlaəlaqələrinə ciddi təsir edir. Eləcə tranzit nəqliyyat-logistika imkanları, Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyidəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi tanınan Transxəzər BeynəlxalqNəqliyyat Dəhlizinin təşkilat ona üzv dövlətlərüçün üstünlükləri böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çoxmaraqlıdır”. Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm separatizm ilə mübarizə, regional təhlükəsizliyin sabitliyin təminatı, sivilizasiyalararası dialoquntəşviqi kimi sahələri əhatə edir Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə yüksək səviyyəli ikitərəflimünasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasınıda şərtləndirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.

Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi

Oxşar Xəbərlər

Back to top button