AnalitikaGündəmSiyasət

Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir

Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Bakıda rəsmi səfərdə olub.

Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Qeyd etmək lazımdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatda qeyd olunub :

Ölkələr arasında siyasi dialoq dinamik xarakter alır. Prezidentlə qısa müddət ərzindəki ikinci görüş  bunun əyani sübutudur. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcəkdir. Gələcəkdə lazım olan həcmdə qaz təchizatını artırıla bilər. Çünki bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparılır.

Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın  xahişlərinə hər zaman böyük diqqətlə yanaşılır. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və  bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Hal-hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Bunlardan 10 ölkə Avropa ölkələridi. Eyni zamanda, Xanım  Qordana Silyanovska-Davkovan  XII Qlobal Bakı Forumunda iştirak edəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Bakıda Zəfər parkını ziyarət edib. Zəfər abidəsinin önünə əklil qoyub.

Qeyd edim ki, Şimali Makedoniya prezidenti Qordona Davkovanın Bakıya səfəri, Cənab Prezident İlham Əliyevlə görüşdə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar çox önəmli əhəmiyyətə malikdir. Eyni zamanda bundan sonra Azərbaycan və Şimali Makedoniya arasında ticari, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini gözləyirik. Hər bir halda Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf edir.

Sara Mahmudova,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ingilis dili müəllimi 

Oxşar Xəbərlər

Back to top button