Azərbaycan-Türkiyə arasındakı əbədi qardaşlığın təzahürü
Uzun tarixi dövr ərzində Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub.Hər iki xalq bir-birinin istər xoş,istərsə də çətin günlərində yanında olmuş,birlik nümayiş etdirmişdir.Vətən müharibəsi zamanı hər kəs buna bir daha şahid oldu.Belə ki,qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən qardaş ölkə Türkiyə Azərbaycana böyük siyasi-mənəvi dəstək verdi.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış edərək, Azərbaycanın tək olmadığını,Türkiyənin hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğunu bildirdi.Vətən müharibəsindən sonra 2021-ci il 15 iyunda iki qardaş ölkə arasında Şuşada imzalanan Şuşa bəyannaməsi bu birliyin, dostluğun böyük təhazürüdür. Əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində ən böyük addımlardan biri də dövlət başçılarının qarşılıqlı səfərləri və səfərlər zamanı imzalanan sənədlərdir.Bu səfərlərdən biri də 25 sentyabr 2023-cü ildə Türkiyə Prezidentinin Azərbaycanda baş tutan rəsmi səfəridir.Səfər zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki ölkənin bayraqları altında fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılayıb. Dövlət başçılarının təkbətək görüşü olub, onlar Iğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib, Azərbaycan -Türkiyə sənədlərini imzalayıblar.Bundan sonra hər iki dövlət başçısının mətbuata bəyanatlarla çıxışı baş tutmuşdur.Çıxış zamanı Laçın sərhəd-buraxılış məntəqəsinin vacibliyindən,antiterror tədbirlərindən və bu tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşan Ermənistan ordusunun təslim olması və Azərbaycan Respublikasının öz suverenliyini tam təmin etməsindən bəhs edilib.
Azərbaycan və Türkiyə arasındakı doğma münasibətlər bütün dünyaya bəllidir.Türkiyə Respublikasının hər zaman Azərbaycanın yanında olması,onu dəstəkləməsi Azərbaycan dövlətinin gücünə güc qatır və Azərbaycanın tək olmadığını,iki ölkə arasındakı sarsılmaz qardaşlığın mövcudluğunu bir daha sübut edir.
Lalayeva Sevda,
YAP-ın fəalı