Gündəm

Azərbaycan Türkmənistanla iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayevlə görüşüb.

Reportyorinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Görüşdə iki ölkə arasında əlaqələrin inkişafını məmnunluqla vurğuladıq və sıx münasibətlərin iqtisadi əməkdaşlığımız üçün yaratdığı imkanlar barədə danışdıq”, – deyə o qeyd edib.

Oxşar Xəbərlər

Back to top button