AnalitikaGündəmSiyasət

Azərbaycan və Avropa İttifaqı arasında inkişafın yeni mərhələsi

11 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Antonio Costa – Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər böyük uğurla inkişaf edir və tərəflər arasında aktiv siyasi dialoq mövcuddur. Dövlət başçısı vurğulayıb ki, Antonio Koştanın Azərbaycana səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcək.

Prezident İlham Əliyev bildirib ki, enerji sahəsi Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Ümumi isə Azərbaycan qazı alan ölkələrin sayı 16-dır. Bu göstəriciyə görə Azərbaycan Dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli ölkədir.

Bəyanatda iqtisadi əlaqələrin inkişafına da xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və qarşılıqlı investisiyaların artırılması üçün böyük potensial mövcuddur. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Avropa ölkələrinin iqtisadi inkişafına müsbət təsir göstərir.

Dövlət başçısı həmçinin regionda sülh və sabitlik məsələsinə toxunaraq Azərbaycan ilə Ermənistan arasında əldə edilmiş razılaşmaların regionda yeni əməkdaşlıq imkanları artırdığını bildirib. Onun sözlərinə görə, sülh prosesinin irəliləməsi regionun tranzit və nəqliyyat potensialının genişlənməsinə müsbət təsir göstərir.

Görüş zamanı tərəflər təhlükəsizlik, nəqliyyat, rəqəmsal inkişaf və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəliblər.

Bu əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinə və Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir.

Ümumilikdə Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi baxmaq olar.

Ramil Rüstəmov,
YAP- Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button