
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət vermişdir. Bu baxımdan ölkənin Avropa dövlətləri ilə siyasi, iqtisadi və hüquqi əlaqələrinin inkişaf etdirilməsi mühüm istiqamətlərdən biri olmuşdur. Mütəqillik əldə etdikdən sonra Azərbaycanın xüsusi önəm verdiyi təşklatlardan biri də Avropa İttifaqı olmuşdur. Bu münasibətlərin hüquqi əsasını 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişi təşkil edir. Sonrakı dövrlərdə də Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi bir sıra regional proqramlara da qoşulmuşdur. Həmçinin Azərbaycan və Avropa ittifaqı arasında strateji tərəfdaşlıq və enerji əməkdaşlığı sahəsində də bir sıra sənədlər imzalanmışdır.
Bu sənədlər və proqramlar çərçivəsində qurulan əməkdaşlıq Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlrin daha da inkişaf etməsinə şərait yaratmışdır. Tərəflər arasında illər boyu davam edən siyasi dialoq və qarşılıqlı səfərlər də bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır
Bu əməkdaşlığın davamı olaraq 2026-cı ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio KoştaAzərbaycana səfər etmişdir. Bu səfər Bakı ilə Brüssel arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunun bariz göstəricisidir. Bu səfər sadəcə diplomatik protokol xarakteri daşımır həm də Azərbaycanın Avropa üçün nə dərəcədə etibarlı və strateji tərəfdaş olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi tərəflər hazırda tərəfdaşlığın ən fəal mərhələsini yaşayırlar. Bu fəallıq həm yüksək səviyyəli siyasi dialoqda, həm də qarşılıqlı iqtisadi maraqların kəsişməsində özünü büruzə verir.
Azərbaycanın son illərdə xarici ticarət dövriyyəsinə müqayisəli şəkildə baxsaq ölkənin iqtisadi cəhətdən Avropaya doğru nə dərəcədə güclü yönəldiyini görərik. 2026-cı ilin yanvar ayına olan göstəricilərə görə Azərbaycanın ümumi ticarət dövriyyəsinin tam 50 faizi Avropa İttifaqının payına düşür. Bu Aİ-nın Azərbaycan üçün “bir nömrəli ticari tərəfdaş” statusunu qətiləşdirir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan ilə Avropa arasında tərəfdaşlığımızın mühüm hissəsi enerji əməkdaşlığıdır. 2022-ci ildə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu istiqamətdə yeni yol xəritəsi oldu. Bu gün Azərbaycan qazı Avropanın enerji xəritəsini yenidən formalaşdırır:
Azərbaycan təkcə qalıq yanacaq tədarükçüsü kimi deyil, həm də “yaşıl enerji” mərkəzi kimi çıxış etmək niyyətindədir. Ölkənin təbii potensialı (300-dən çox günəşli gün və güclü küləklər) bərpaolunan enerji sahəsində böyük perspektivlər vəd edir.
Yaxın 5-6 il ərzində 6-8 giqavatlıq bərpaolunan enerji gücü yaratmaq və bu enerjini ixrac etmək strateji hədəf kimi müəyyən olunub. Bunun üçün Qara dənizin dibi ilə çəkiləcək kabellər və digər enerji infrastrukturu layihələri üzərində fəal iş aparılır. Bu, Azərbaycanın Avropanın “Yaşıl Saziş” hədəflərinə verdiyi ən böyük töhfə olacaq.
Həmçinin iki tərəf arasında danışıqlar zamanı Ermənistanla əldə edilən sülh və sülhün regiona gətirdiyi faydalar da vurğulanmışdır. Ermənistanla sülh prosesinin irəliləməsi regionda nəqliyyat blokadasının tamamilə aradan qaldırılmasına və yeni daşınma marşrutlarının açılmasına imkan verir. Bu, təkcə region ölkələri üçün deyil, həm də Şərqlə Qərb arasında təhlükəsiz ticarət yolu axtaran Avropa üçün həyati əhəmiyyət kəsb edir.
Bəyanatın ən mühüm məqamlarından biri Ermənistanla münasibətlərin normallaşmasıdır. 2025-ci ilin avqustunda əldə edilmiş sülhdən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycanın sülhə sadiqliyi yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla müşayiət olunur:
Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibənin acılarını dadmış bir ölkə olaraq Azərbaycan sülhün dəyərini hər kəsdən daha yaxşı bilir.
Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər artıq sadə bir alıcı-satıcı münasibətindən çox uzaqdır. Bu, qitənin enerji təhlükəsizliyini təmin edən, regional sülhü dəstəkləyən və iqtisadi inteqrasiyanı dərinləşdirən çoxşaxəli strateji ittifaqdır. 2026-cı ilin reallıqları göstərir ki, Bakı və Brüssel arasındakı bu dialoq hər iki tərəf üçün uzunmüddətli sabitliyin və inkişafın təminatçısıdır.
Azərbaycanın Avropa İttifaqı Şurası ilə qurduğu bu sarsılmaz dialoq əslində müasir sistemdə bir ölkənin həm enerji təminatçısı həm də sülh qurucusu kimi eyni vaxtda necə çıxış edə biləcəyini göstərir. Azərbaycan bu gün Avropa üçün təkcə etibarlı bir tərəfdaş deyil, həm də gələcəyin təhlükəsiz Avrasiya körpüsüdür. Bu dialoq göstərir ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində Bakı artıq sadəcə qitənin enerji ehtiyaclarını qarşılayan bir mənbə deyil, həm də Avropanın gələcək iqtisadi, strateji xəritəsini formalaşdıran əsas mərkəzdir.
Xəzər rayonu 181 nömrəli məktəbin tarix müəllimi Mustafazadə Gülnar


