AnalitikaGündəmSiyasət

Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır

“Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. İki ölkə arasında yüksək səviyyəli siyasi təmasların olması onların yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir. Qarşılıqlı səfərlərin təşkili, müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əməkdaşlıq iki ölkənin əlaqələrinin daha da zənginləşməsinə səbəb olur. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir: “Ölkələr arasında iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə, ikinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində iki ölkənin münasibətləri çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib”.

“İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan-İtaliya münasibətlərində iqtisadi münasibətlər və ticari əməkdaşlıq xüsusi çəkiyə malikdir: “2023-cü ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. 2022-ci ildə isə bu rəqəm 18 milyard 122 milyon dollar olub. Eyni zamanda, İtaliya Azərbaycan iqtisadiyyatına 1 milyard ABŞ dollarına qədər, Azərbaycan isə İtaliyaya təxminən 2 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və başqa sahələrdə İtaliyanın 120-yə yaxın şirkəti fəaliyyət göstərir. Bu iqtisadi və investisiya göstəriciləri bir daha sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf edir”.

Azərbaycan-İtaliya münasibətlərinin yüksək inkişafının daha bir göstəricisinin isə ölkələrin enerji sahəsindəki əməkdaşlığı olduğunu diqqətə çatdıran Ramil Vəlibəyov deyib ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır: “2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Həmçinin bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Azərbaycan eyni zamanda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə də işləyir. Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi əməkdaşlığın həcmini daha da artıracaq. Göründüyü kimi, TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır”.

Oxşar Xəbərlər

Back to top button