
1918-ci ilin mart 31-i Azərbaycan tarixində qanlı tarix kimi yaddaşda qalmışdır. Bir neçə mart günləri ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına – talan və qırğınlara, əzilmək, əsir alınmaq, qarət edilmək, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdır.
1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət əsl həqiqət ümumilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyevin 1998- ci il 26 mart tarixli “ Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu soyqırıma siyasi-hüquqi qiymət verilməsi istiqamətində səylərin artırılmasına təkan vermişdir. O vaxtdan başlayaraq, 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya içtimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Vəli Hüseynli,
Nizami rayon 61 saylı məktəbin müəllimi