
Azərbaycan Avropa İttifaqı məkanında enerji təhlükəsizliyinin mühüm təminatçılarından birinə çevrilmişdir. Bu ildən başlayaraq dövlətimiz öz təbii qazını Almaniyaya da ixrac etməyə başlamışdır.
Hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv olan 10 ölkəyə çatdırılır ki, bu da qitənin enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Bununla yanaşı, Azərbaycan öz neftini də Almaniyaya ixrac edərək enerji əlaqələrini şaxələndirir.
Ölkəmizin gələcək hədəfi yalnız ənənəvi enerji ilə kifayətlənməyib, həm də yaşıl enerjisini Avropa məkanına çatdırmaq əzmində olmasıdır. Bu amillər göstərir ki, enerji sahəsində əməkdaşlığımız çox genişmiqyaslı olacaqdır.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



