
Tarixə nəzər salaq. 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu boru kəməri və “Trans-Adriatik” boru kəməri layihələri təşkil edir.
Cənab Prezidentimizin də vurğuladığı kimi: “Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə ildəBu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq. 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır”.
“Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, Avropaya idxal olunan qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsini asanlaşdırmaq məqsədi daşıyan nəhəng beynəlxalq layihədir. Bu məqalə Cənubi Qafqazda lider ölkə kimi Azərbaycan Respublikasının enerji təhlükəsizliyi kontekstində rolunun təhlilinə həsr edilmişdir. Azərbaycanın enerji əməkdaşlığı sferasında bu rol ölkənin milli iqtisadiyyatının davamlı inkişafına təkan verir və stimullaşdırır. Cənub Qaz Dəhlizinin inkişaf yolunun xülasəsindən sonra məqalədə Cənub Qaz Dəhlizi kontekstində Avropa İttifaqının və Azərbaycanın rolunun təhlili təqdim olunur. Cənub Qaz Dəhlizi çərçivəsində yeni tikilmiş infrastruktur Azərbaycanın Avropanın enerji təchizatında strateji əhəmiyyətini artırır. Azərbaycanın enerji resursları, eləcə də Asiya ilə Avropa arasında körpü rolu oynaması məqalənin aktuallığını bir daha sübut edir.
Nəzakət Əzizzadə,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin tarix müəllimi