AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycanın ərazi bütövlüyü diplomatik səfərin əsas mövzularından biri oldu

Qarabağ və Şərqi Zəngəzura diplomatik səfər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsini yenidən gündəmə gətirib. Xarici diplomatların Azərbaycan ərazisində sərbəst səfər etməsi dövlətin suverenlik hüquqları çərçivəsində baş verir.

Diplomatların bölgədə aparılan işlərlə tanış olması həm siyasi, həm iqtisadi, həm də sosial proseslər haqqında birbaşa məlumat əldə etməyə imkan yaradıb. Bu cür səfərlər beynəlxalq nümayəndələrin Azərbaycan ərazilərindəki vəziyyətlə bağlı təsəvvürlərini genişləndirir.

Ermənistandan gələn reaksiyalar isə mövzuya müxtəlif siyasi yanaşmaların olduğunu göstərir. Azərbaycan tərəfi isə hesab edir ki, regional münasibətlərin gələcəyi beynəlxalq hüququn prinsiplərinə və dövlətlərin suverenliyinə hörmət əsasında formalaşmalıdır.

Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button