GündəmAnalitikaSiyasət

Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini, bu prosesin hüquqi, siyasi və praktiki müstəvidə yekunlaşdığını bəyan etdi

Azərbaycan Respublikasının Prezident  Cənab İlham Əliyev 28 May – Müstəqillik Günü münasibətilə 2025-ci ildə Laçın şəhərinə səfər etdi. Bu səfər həm simvolik, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyırdı. Ölkənin müstəqillik tarixində mühüm yer tutan bu gün, Laçın kimi illərlə işğal altında qalan və bu gün yenidən dirçələn bir şəhərdə qeyd olunması, Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirdi.Prezident çıxışında bildirdi ki, cəmi 7-8 ay ərzində Laçında böyük yenidənqurma və bərpa işləri həyata keçirilib. Bu müddət ərzində: 620 fərdi yaşayış evi, 9 çoxmənzilli bina (144 mənzil), məktəblər, uşaq bağçaları, inzibati və sosial obyektlər tikilib. Əlavə olaraq, şəhər infrastrukturu – yollar, içməli su, kanalizasiya, elektrik və qaz təchizatı tamamilə yenilənib. Bu işlər “Böyük Qayıdış” proqramı çərçivəsində sürətlə və planlı şəkildə həyata keçirilir. Prezident  Cənab İlham Əliyev qeyd etdi ki, Laçın şəhəri bu gün Azərbaycanın ən müasir yaşayış məntəqələrindən birinə çevrilib və burada minlərlə insanın yaşaması üçün bütün şərait yaradılıb. 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün bu il xüsusilə fərqli atmosferdə qeyd olundu. Prezident  Cənab İlham Əliyev çıxışında vurğuladı ki, müstəqilliyimizin rəmzi olan bu günün Laçında keçirilməsi təsadüfi deyil: “Laçın şəhərinin azad olunması və burada həyata keçirilən bərpa işləri müstəqilliyimizin real nəticəsidir. Əgər biz müstəqil olmasaydıq, heç zaman bu torpaqları qaytara bilməzdik.” Bu çıxış bir daha sübut edir ki, dövlət başçısı üçün Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız fiziki deyil, həm də ideoloji və mənəvi əhəmiyyət daşıyır. Müstəqillik anlayışı artıq təkcə dövlət bayrağını dalğalandırmaq deyil, əraziləri qorumaq və inkişaf etdirmək anlamına gəlir. Prezident Cənab İlham Əliyevin çıxışında həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış bir sıra vacib mesajlar yer aldı. O, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini, bu prosesin hüquqi, siyasi və praktiki müstəvidə yekunlaşdığını bəyan etdi. Eyni zamanda, O vurğuladı ki, Azərbaycan xalqı bir daha torpaqlarını itirməyəcək və işğal dövrünün acı xatirələri bir daha təkrarlanmayacaq. Bu hadisə, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasının nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Laçının bərpası və sakinlərinə təhvil verilməsi, Azərbaycanın gücünü və iradəsini nümayiş etdirən mühüm bir addımdır.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button