Analitika

Azərbaycanın inkişaf prioritetləri arasında Şirvan suvarma kanalının xüsusi rolu olacaqdır

Azərbaycanın Respublikasının  iqtisadi tərəqqisinin əsasında duran mühüm faktorlardan biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Qəbul olunan və icra edilən Dövlət proqramları çərçivəsində çoxsaylı, əhəmiyyətli infrastruktur layihələri həyata keçirilib.

Bu layihələr çərçivəsində yeni icra ediləcək olan Şirvan suvarma kanalının adını çəkmək lazımdır. Belə ki, 2024-cü ilin 16 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan suvarma kanalının  təməlqoyma mərasimində iştirak etmişdir. Bu layihənin ümumilikdə 230 min hektar əkin sahəsini əhatə etməsi nəzərdə tutulur. Kanalın ən böyük müsbət cəhətlərindən biri də onun açılması ilə on ildən çoxdur ki, tamamilə qurumuş olan Hacıqabul gölü su ilə dolacaq. Bu fakt da öz növbəsində təbiətə müsbət şəkildə təsir göstərəcək.  Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Gələn il üçün inşasına başlanılması nəzərdə tutulan Qarabağ kanalı 115 min hektar sahəni əhatə edəcək. Bu o deməkdir ki,  Şirvan kanalı suyun həcminə və əhatə səviyyəsinə görə ən böyük layihədir.

Ölkədə həyata keçirilən layihələrin bəziləri artıq öz bəhrəsini verməyə başlamışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri ölkənin inkişafının əsas göstəricilərindəndir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri sayəsində kənd təsərrüfatının inkişafı gözlə görüləcək şəkildə dəyişmişdir. Burada tətbiq edilən ən son texnologiyalar əsasında taxılçılıq, meyvəçilik, bostançılıq geniş vüsət alacaqdır.Göründüyü üzrə Azərbaycanın inkişafında yeni infrastruktur layihələrinin özünəməxsus rolu vardır. Hər gün həyata keçirilən yeni layihələr nəticəsində ölkəmizin iqtisadiyyatı reginonda və dünya ölkələri arasında ön sıralarda yer alır.

Zərxanım Abbasova,
YAP- ın fəalı

Oxşar Xəbərlər

Back to top button