
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov İndoneziyanın bu ölkədə yeni təyin olunmuş səfiri Yuyu Sutisna ilə görüş keçirib.
Reportyorinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Nazim Səmədov “X” hesabında yazıb.
“Bu gün səfirlikdə həmkarım, İndoneziyanın Mərakeşdəki səfiri Yuyu Sutisnanı tanışlıq məqsədilə qəbul etdim. Ona Mərakeşdəki missiyasında uğurlar arzuladım”, – o qeyd edib.