AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın tranzit potensialı beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir

Qlobal iqtisadi münasibətlər sistemində nəqliyyat və logistika imkanları ölkələrin strateji əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir. Coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu üstünlüyünü səmərəli şəkildə dəyərləndirərək beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Müasir avtomobil yolları, dəmir yolu xətləri, beynəlxalq dəniz limanı və logistika mərkəzləri Azərbaycanın regionun mühüm nəqliyyat habına çevrilməsinə şərait yaradıb.

Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Bu marşrutlar vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır ki, bu da ölkə iqtisadiyyatına mühüm töhfə verir. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əməkdaşlıq yeni investisiyaların cəlb olunmasına və logistika imkanlarının daha da genişləndirilməsinə şərait yaradır.

Avropa Komissiyası ilə aparılan müzakirələr zamanı da bağlantı və nəqliyyat məsələlərinin xüsusi yer tutması Azərbaycanın bu sahədə oynadığı mühüm rolu bir daha təsdiqləyir. Ölkəmiz təkcə tranzit imkanlarını təqdim etmir, həm də regionda iqtisadi inteqrasiyanın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan etibarlı nəqliyyat tərəfdaşı kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu siyasət ölkəmizin davamlı inkişafına, iqtisadi gücünün artmasına və regionda sabitliyin təmin olunmasına xidmət edir.

Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button