
Bakı Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri f.r.e.d., professor Misir Mərdanov, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor, h.e.d Zahid Cəfərov, BDU-nun Hüquq fakültəsinin dekanı dos. Zaur Əliyev, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, Respublikamızın suverenliyi və ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Çıxış edən iştirakçıları salamlayaraq tədbiri açıq elan edən YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor, h.e.d Zahid Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın hüquqi dövlət kimi formalaşmasının əsasını qoymuş böyük siyasi xadimdir. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin edildi. Hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Qanunun aliliyi prinsipi dövlət siyasətinin əsasına çevrildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya hüquqi dövlətin möhkəm təməlini yaratdı. Vətəndaş hüquq və azadlıqlarının qorunması prioritet istiqamət oldu. Məhkəmə-hüquq sistemi yenidən quruldu. Dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət artırıldı. Bu siyasət sonrakı dövrlərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Doğma Qarabağımızın azad olunması ilə ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu isə ölkəmizin hər yerində dövlət suverenliyinin bərqərar olması, vətəndaşların hüquq və azadlıqlarının Konstitusiyaya uyğun olaraq yüksək səviyyədə təmin edilməsi və hüquqi dövlət quruculuğu prosesinin uğurla başa çatdırılmasının göstəricisidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun memarı kimi tarixə düşmüşdür. Onun rəhbərliyi ilə dövlətçilik ənənələri möhkəmləndirildi. Qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırıldı. İnsan hüquqları dövlət siyasətinin əsas istiqamətinə çevrildi. Hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirildi. Dövlət və vətəndaş münasibətlərində hüquq əsas meyar oldu. Bu siyasət ölkədə sabitliyin təmin olunmasına xidmət etdi. 1995-ci ildə referendum yolu ilə Konstitusiyanın qəbulu bu istiqamətdə atılan mühüm bir addım oldu. Hüquqi dövlət anlayışı cəmiyyətin bütün sahələrində tətbiq edildi. Bu gün Prezident İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsində eləcə də lokal xarakterli anti terror tədbirləri nəticəsində qazanılan Zəfərlər torpaqlarımızın azad olunması ilə nəticələndi ki, bu həm də hüquqi dövlət quruculuğu istiqamətində mühüm dönüş nöqtəsi oldu. Suverenlik tam təmin olundu. Bu gün Azərbaycanın hər bir guşəsində konstitusion hüquqlar bərqərar edilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, BDU-nun Ali riyaziyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri f.r.e.d., professor Misir Mərdanov bildirib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunu strateji hədəf kimi müəyyən etmişdir. Onun uzaqgörən siyasəti nəticəsində hüquqi islahatlar həyata keçirildi.Ümummilli Liderin təşəbbüsü ilə qəbul olunan qanunlar dövlətin möhkəmlənməsinə xidmət etdi. Demokratik prinsiplər tətbiq olundu. Dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edildi. Konstitusiya və qanunlar sistemi müasir tələblərə uyğunlaşdırıldı. Hüququn aliliyi prinsipi möhkəmləndirildi. Vətəndaşların hüquqları etibarlı şəkildə qorundu. Hüquqi maarifləndirmə işi genişləndirildi. Cəmiyyətin hüquqi şüuru inkişaf etdirildi. Bu siyasət bu gün də uğurla davam etdirilir ki, Prezident İlham Əliyev ölkədə hüquqi dövlət quruculuğunu yeni mərhələyə yüksəldib. Torpaqlarımızın işğaldan azad olunması da həm tarixi nailiyyət, həm də Azərbaycanın suveren hüquqlarının tam bərpası deməkdir.
Çıxış edən Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunda müstəsna rol oynamışdır. Onun rəhbərliyi ilə dövlət idarəçiliyində qanunçuluq prinsipi möhkəmləndi. Hüquqi sistem təkmilləşdirildi. İnsan hüquqlarının müdafiəsi gücləndirildi. Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin edildi. Hüquq-mühafizə orqanlarının fəaliyyəti effektivləşdirildi. Dövlət və vətəndaş münasibətləri hüquqi əsaslarla tənzimləndi. Bu siyasət ölkədə sabitliyin əsasını təşkil etdi və hüquq, ədalət prinsipləri aparıcı rola malik oldu.Bu gün bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək uğurla davam etdirilir. Bu gün Qarabağda əldə olunan Zəfər dövlətin gücünü bütün dünyaya göstərdi. Bunun nəticəsidir ki, Azərbaycanın bütün ərazilərində hüquqi sistem tam bərqərar olub.
Çıxış edən Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət ideyasını Azərbaycanın inkişaf strategiyasına çevirmişdir. Onun həyata keçirdiyi islahatlar dövlətçiliyin möhkəmlənməsinə səbəb oldu. Qanunvericilik bazası gücləndirildi. Hüququn aliliyi təmin edildi. İnsan hüquqları qorundu. Hüquqi dövlət prinsipləri cəmiyyətə aşılandı. Dövlət institutları inkişaf etdirildi. Bu siyasət ölkədə davamlı inkişafı təmin etdi. Bu gün həmin kurs uğurla davam etdirilir. Prezident İlham Əliyev yeni dövrün tələblərinə uyğun islahatlar aparır. Qarabağın azad edilməsi isə milli qürur mənbəyimiz olmaqla yanaşı hüquqi dövlətin gücünü bir daha bütün dünyaya sübut etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri hüquqi dövlətin təzahürüdür.
Çıxış edən Cinayət prosesi kafedrasının professoru Midhət Qəfərov qeyd edib ki, Ümumilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını formalaşdırmışdır. Onun siyasəti nəticəsində qanunçuluq prinsipi möhkəmləndi. Hüquqi islahatlar geniş vüsət aldı. Dövlət idarəçiliyində şəffaflıq təmin olundu. Vətəndaş hüquqları qorundu. Hüquq sistemi müasir standartlara uyğunlaşdırıldı. Bu siyasət ölkənin inkişafına xidmət etdi. Hüquqi dövlət quruculuğu uğurla həyata keçirildi. Bu gün bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qarabağın azad olunması ilə isə həm tarixi ədalət bərpa olundu, həm də Azərbaycanın hər yerində konstitusion hüquqlar tam təmin olundu
Çıxış edən Cinayət hüququ və Kriminologiya kafedrasının dosenti Məleykə Bayramova bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun əsasını qoyaraq milli dövlətçilik tarixində silinməz iz buraxmışdır. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik və hüquqi nizam-intizam təmin olundu. Qanunların aliliyi dövlət siyasətinin əsas prinsipinə çevrildi. 1995-ci il Konstitusiyası hüquqi dövlətin bünövrəsini formalaşdırdı. İnsan hüquq və azadlıqlarının qorunması prioritet istiqamət oldu. Məhkəmə-hüquq sistemi müasir tələblərə uyğun yenidən quruldu. Hüquqi islahatlar cəmiyyətin bütün sahələrini əhatə etdi. Dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq gücləndirildi. Bu möhkəm təməl bu gün də inkişaf edir. Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək onu daha da zənginləşdirib. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər nəticəsində Qarabağ işğaldan azad edildi. Bununla da Azərbaycanın bütün ərazilərində konstitusion hüququn tam bərpası təmin olundu.
Çıxışlardan sonra Hüquq fakültəsinin professoru Əfsər Sadıqova 60 illik yubiley münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətinə görə fəxri fərman təqdim edilib.




