AnalitikaGündəmSiyasət

Beş Onilliyin Sınağından Keçmiş Dostluq

Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən çox davam edən münasibətlər yalnız diplomatik müstəvidə yox, həm də xalqlar arasında bərqərar olan dostluq telləri ilə zəngindir. Bu münasibətlər zaman-zaman dəyişən qlobal şərtlərə baxmayaraq sabitliyini qoruyub və daim yeni məzmunla zənginləşib.

Tarixin müxtəlif mərhələlərində hər iki ölkə müstəqillik və inkişaf yolunda oxşar sınaqlardan keçib. Bu bənzərlik, xalqlar arasında təbii empatiyanın və anlayışın formalaşmasına zəmin yaradıb. Məhz bu səbəbdən, Azərbaycan və Vyetnam arasında dostluq təkcə siyasi baxımdan deyil, həm də mənəvi baxımdan dərin köklərə malikdir.

Tərəflər arasında uzun illər ərzində mədəniyyət, elm, təhsil və iqtisadiyyat sahələrində sıx əməkdaşlıq formalaşıb. Vyetnam tələbələrinin bir vaxtlar Bakıda təhsil alması, azərbaycanlı mütəxəssislərin Vyetnamda fəaliyyət göstərməsi bu münasibətlərin canlı sübutudur. Bu əlaqələr yalnız keçmişin xatirəsi deyil, bu günün reallığıdır.

Bu dostluğun dayanıqlılığı ondan irəli gəlir ki, o, təkcə liderlərin təşəbbüsü ilə deyil, həm də iki xalqın qarşılıqlı rəğbəti əsasında inkişaf edir. Yarım əsrlik tarix sübut edir: Azərbaycan və Vyetnam dostluğu – zamanın və məsafənin yox, səmimiyyətin və qarşılıqlı hörmətin məhsuludur.

Ləman Məmmədova
YAP Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button