Analitika

Beynəlxalq hüquq, haqq və ədalət Azərbaycanın tərəfindədir

BMT TŞ-nın iclasından heç bir nəticə ala bilməyən Ermənistan daha bir dəfə fiaskoya uğradı. Azərbaycan isə bir daha öz ədalətli və haqlı mövqeyini Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə bir daha beynəlxalq tribunadan ifadə elədi. Həmçinin, Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi bir qədər də möhkəmləndirdi.

BMT TŞ-nın iclasında Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Yaşar Əliyev qarşı tərəfin yalan iddialarını tutarlı faktlarla ifşa etdi. Xüsusilə, Qarabağ ermənilərinin normal həyat tərzi, sosial şəbəkələr vasitəsilə paylaşdıqları normal yaşayışlarını foto faktlarla iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda qardaş Türkiyə, Albaniya və digər dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Fransa kimi ermənipərəstlərin yalan təbliğatı isə heç bir nəticə verməyib. Bütün beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Laçın yolunda post yaradılması dövlətimizin müstəsna hüququdur. Azərbaycan humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edir. Bu təklif beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Qarabağa humanitar yardım aparmaq istəyənlər bu yoldan istifadə edə bilər. Erməni tərəfi yenə də təxribatlarını, ölkəmizə qarşı böhtan kampaniyası aparmaqda davam etsələr, həmişəki kimi layiqli cavablarını alacaq. Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır: “Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü də ölkəmizə məxsusdur. Amma bundan sonra Ermənistan necə sülhdən danışacaq, bilinmir. Qarabağ ermənilərisə anlamalıdılar ki başqa yol yoxdur – onlar Azərbaycanın şərtləri əsasanda danışıqlara getməlidir. Qarabağ ermənilərinin gələcəyi Azərbaycana reinteqrasiyadan asılıdır. Beləliklə, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır. Öz havadarlarına, erməni lobbisinə güvənən Ermənistan, Qarabağdakı “cinayətkar-xunta rejimi”, hərbi separatçıları davamlı olaraq siyasi, hərbi təxribatlar törədir. Azərbaycana qarşı şər-böhtan kampaniyaları aparır. Və bu aksiyanın kulminasiya nöqtəsi BMT TŞ-da keçirilən iclas oldu. BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın belə bir iclasın keçirilməsinə nail olması nə məntiqə, nə beynəlxalq hüquqa sığmır.

Bu iclasda heç bir sənəd qəbul olunmadı: “Əksinə, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycana qarşı haqsız rəy formalaşdırmaq istəyən Ermənistan öz qazdığı quyuya düşdü. Prezident İlham Əliyevin vurğuladığı kimi “bizim siyasətimiz, addımlarımız, qərarlarımız məntiqlidir, ardıcıldır” məntiqi növbəti dəfə uğur qazandı. Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, dostları çoxalır. Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Son geosiyasi və hərbi proseslər fonunda isə onun bölgədəki, hətta dünyadakı rolu dəyişdi. Bu gün Azərbaycan qlobal təşəbbüslər irəli sürən, sülh və təhlükəsizliyə, ədalətə və bərabərliyə mühüm töhfələr verən bir ölkədir. Və bu reallığı beynəlxalq ictimaiyyət yaxşı dərk edir. Eyni zamanda, Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərə uyğun davranır. Bütün səviyyələrdə haqlı mübarizəsini ləyaqətlə aparır. Buna heç bir zorakılıq, böhtan, yalan olmadan nail olur.
Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin taleyinə gəldikdə isə, onlar Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Bütün bunlarla yanaşı, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaq bizim haqqımızdır. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın diplomatik gücünü göstərdi. Beynəlxalq hüquq, haqq və ədalət Azərbaycanın tərəfindədir. Ən əsası Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Güclü Azərbaycanla heç kim diktə ilə danışa bilməz!

Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button