AnalitikaDünyaGündəmSiyasət

Birgə müəssisələrin yaradılması Azərbaycan və Özbəkistan iqtisadiyyatını daha da gücləndirir

Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır.

Siyasi və institusional əlaqələrin möhkəmlənməsi məsələsinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, ali səviyyəli təmaslar hər iki ölkənin qlobal arenadakı mövqeyini gücləndirir. Daşkənddə və Bakıda keçirilən iclaslar birgə fəaliyyət əzmini nümayiş etdirir. İqtisadi sahədə qeydə alınan artım müsahibənin mühüm tezislərindəndir.

Prezident İlham Əliyev qeyd edir ki, 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, eləcə də 500 milyon dollarlıq birgə İnvestisiya Şirkətinin yaradılması böyük iqtisadi potensialdan xəbər verir. Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır.

Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir. Müsahibənin yekununda mənəvi irs və Türk dünyasının birliyi ön plana çıxarılır. Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasını və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzvlüyünü qardaşlığın ən ali nümunəsi kimi dəyərləndirərək, bu müttəfiqliyin daimi sülhə xidmət etdiyini vurğulayır.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button