Bizim iradəmiz qarşısında heç bir güc dayana bilməz
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər.
XX əsrin ortalarında erməni terrorizmi bir müddət səngiyərək, əsasən Yaxın Şərq və Avropanın ermənilərin məskunlaşdığı regionlarında gizli fəaliyyət göstərən erməni terror təşkilatları çərçivəsində təsisatlanmışdır. “Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu”-ASALA (1975), “Erməni Soyqırımı Ədalət Komandanlığı”-JCAG, “Yeni Erməni Müqaviməti”- NAR (1977) və digər ekstremist qruplara məxsus erməni terrorçuları Fransa, İsveçrə, İtaliya, ABŞ, Livan, Türkiyə, İran və Böyük Britaniyada türk məmurlarına hücum etmiş, səfirlər də daxil olmaqla, 24 türk diplomatını qətlə yetirmişlər. 1970-ci ildən 1990-cı ilədək olan dövrdə erməni terror təşkilatları 1988-ci ilin fevral ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən terrorizmə qarşı mübarizə üzrə bir sıra beynəlxalq hüquqi aktların, o cümlədən “Mülki aviasiyaya xidmət edən hava limanlarında qanunsuz zorakılıq aktlarının qarşısının alınması haqqında Protokol”un qəbul edilməsinə səbəb olan, 70-dən çox insanın qətlə yetirildiyi, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmişdirlər.
Ermənilərin 1988-ci ildən sonra Azərbaycana yenidən ərazi iddiaları ilə çıxış edən ermənilər xalqımıza qarşı elan olunmayan müharibənin daha bir ocağını qaladılar. Həmin illərdə həyata keçirdikləri deportasiya, işğalçılıq və soyqırımı siyasəti yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə nəticələndi. Bu aktı yerinə yetirən ermənilər deportasiya zamanı xeyli dinc sakinlərimizi qətlə yetirdilər. Necə deyərlər, tarix təkrarlanırdı. Yenə eyni ssenari, eyni addımlar, eyni öfkə və qəzəb. Dəyişən isə sadəcə aradan ötən illər və bu faciələri yenidən yaşayan insanlar idi.
1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Ermənistan Respublikası Azərbaycana qarşı ərazi iddialarının irəliləməsində terrora da əl ataraq Azərbaycan Respublikasının ərazilərini işğal etmişdir. Erməni diasporu və xüsusi təhlükəsizlik xidməti orqanları tərəfindən maliyyələşdirilmiş və təchiz edilmiş Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Fransa və ABŞ-da yaşayan 6000-dən çox erməni Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı və bir milyondan çox azərbaycanlının öz evlərindən zorla qovulmasında fəal iştirak etmişlər. Onların arasında Monte Melkonyan, Vazgen Sislyan və Qrant Markaryan kimi ad çıxarmış terrorçular da var idi. Azərbaycan ərazilərinin işğalı zamanı əhalini dəhşətə salmaq üçün ümumilikdə terror taktikasından geniş istifadə olunurdu. Bu mənada, çoxsaylı faktlar arasında misal kimi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərinin taleyini göstərmək olar.
Sonralar Azərbaycan ərazisində ermənilər yeni-yeni terrorlar həyata keçirdi. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də. qoca da bu terrorların acı nəticəsini yaşamış oldu. Neçə-neçə qurbanlarımız oldu. Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktı dünyaya çatdırıldı. Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutuldu. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terror törətdilər. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Ermənistanın Gəncəyə teror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. Digər şəhərlərdə Bərdədə, Mingəçevirdə də xalqımız bu ağrı və acıları yaşadı. 44 günlük döyüşdən sonra işğalçı ordunun böyük bir hissəsi Azərbaycan ərazisindən çıxarıldı.Rusiya sülhməramlıları Qarabağa müvəqqəti olaraq yerləşdirildi. Ancaq havadarlarının yardımı ilə işğal dövründə Azərbaycan ərazisində basdırılan minaların partlamasından dinc azərbaycanlılar əziyyət çəkir.
İslam Bafadarov,
YAP-ın gənc fəalı