Analitika

Böyük Qayıdış həm də qarabağın iqtisadi inkişafına təsir edəcək

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi proqramı çərçivəsində Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulub və hazırda bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən ölkə üzrə iqtisadi rayonlar yenidən təsnifatlandırılıb. O cümlədən, işğaldan azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birləşdirilib.Artıq sözügedən ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına start verilib. Bölgədə ayrı-ayrı istiqamətlər üzrə bir neçə aqroparkın yaradılması nəzərdə tutulub. İlk belə təsərrüfat isə Zəngilanda yaradılır. 2021-ci ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Artıq sözügedən ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına start verilib. Bölgədə ayrı-ayrı istiqamətlər üzrə bir neçə aqroparkın yaradılması nəzərdə tutulub. İlk belə təsərrüfat isə Zəngilanda yaradılır. 2021-ci ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button