Beynəlxalq və regional proseslər Azərbaycanı nəhəng bir layihənin açar ölkəsinə çevirib. Ukraynada başlanan Rusiya işğalı dünya ticarət-logistika xəritəsində böyük dəyişikliklərin edilməsini gündəmə gətirib. Bu dəyişikliyin mahiyyətində Asiya ilə Avropa arasında ticarət əlaqələrinin Rusiyadan kənar ərazilərlə yenidən qurulması dayanır. Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir. Bu gün hər bir cəmiyyətin həm iqtisadiyyatının həm də sənayesinin davamlı inkişafı üçün enerji əvəz edilməz bir resurdur. Böyük bir regionu əhatə edən Avropa İttifaqı üçün enerji istehlakının təhlükəsiz, rəqabətə davamlı şəkildə, o cümlədən Aİ-nin qəbul etdiyi qanunlar çərçivəsində qarşılanması prioritet hesab edilir. Avropa İttifaqı dünyanın ən böyük enerji istehlak edən regionlarından biri olmasına baxmayaraq, digər regionlarla müqayisədə enerji istehsalında olduqca kiçik paya sahibdir. Bu proses nəticə etibarı ilə regionun enerji asılılığının xarici təchizatçılar tərəfindən qarşılanmasına şərait yaratmışdır. Ümumi olaraq Avropada enerji ilə bağlı real təxminlərə nəzər yetirsək görərik ki, 2050-ci ilədək enerji istehsal və istehlakında kifayət qədər böyük həcmdə azalma olacağı proqnozlaşdırılır. Burada mühüm əhəmiyyət kəsb edən amil bərpa olunabilən enerji resurslarının orta və uzun dönəm ərzində ümumi istehlakda payının getdikcə artacağıdır. Buna səbəb Avropa İttifaqının Enerji və İqlim Dəyişikliyi ilə bağlı qəbul etdiyi 2020 hədəfləri içərisində bərpa oluna bilən enerji resurslarının payının artırılması və enerji səmərəliliyinin təmin edilməsidir. “Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında da bildirdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimizdəki sabit inkişafın sayəsində əmələ gəlmişdir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı.