AnalitikaGündəmSiyasət

Cənab Prezident İlham Əliyev Azərbaycan xalqı üçün əvəzsiz bir lider olmağı bacardı

Siyasi liderlərin fəaliyyətlərinin nəticələri barədə tarixdən çoxlu misallar gətirmək olar. Olduqca qürurvericidir ki, müasir və müstəqil Azərbaycan dövlətinin müasir yüksəliş nümunəsində müdrik siyasi liderlərin dövlətlərin və xalqların taleyindəki böyük rolu aydın görünür. Bəli, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi və ötən 21 ildə möhtərəm Pezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi siyasi liderlərin xalqların taleyindəki rolu barədə dolğun fikir yürütmək üçün böyük mənbədir.

Cənab Prezident Azərbaycan xalqı üçün əvəzsiz bir lider olmağı bacardı. Ölkədə aparılan köklü islahatlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətindəki əldə edilən uğurlar, şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkünlərə ayrılan diqqət və qayğı, ölkədə təmin olunan siyasi sabitlik, təhlükəsiz və sosial rifahın yaxşılaşdırılması yolunda görülən işlər cənab İlham Əliyevin birmənalı şəkildə Ümummilli Liderin davamçısı olduğunu sübut edir. Qarabağ zəfəri, Şuşada Azərbaycan bayrağının dalğalanmasına nail olunması, mehriban qonşuluq siyasəti, Qarabağın münaqişə zonasından beynəlxalq maraqların kəsişdiyi əlverişli plasdarma çevrilməsi, Beynəlxalq arenada Azərbaycanın artan nüfuzu–bütün bu sadalananlar bu gün Azərbaycanın beynəlxalq siyasi müstəvidə əldə etdiyi müvəffəqiyyətlərdir.

Azərbaycanda 20 il ərzində o qədər işlər görülüb ki, bunlar əslində 20 ilə sığmayan işlərdir. Əlbəttə, biz qələbədən danışırıq, amma bilirik ki, qələbə yalnız 44 gün ərzində görülmüş işlərlə əmələ gəlməyibdir. Ordunun quruculuğu, milli müdafiə sənayesinin quruculuğu, iqtisadiyyatın gücləndirilməsi, orduya ayrılan büdcə vəsaitləri, güclü, peşəkar kadrların, hərbçilərin yetişdirilməsi, vətənpərvər gənc nəsillərin tərbiyəsi, dövlət-xalq birliyinin təmin edilməsi, beynəlxalq səviyyədə Azərbaycanın haqlı davasına daha çox insanın vaqif olmasının təmin edilməsi, Azərbaycanın haqq səsinin beynəlxalq platformalarda duyulması və bu istiqamətdəki onlarla digər tədbirlər nəticə etibarı ilə bizim qələbəmizə gətirib çıxarıbdır.

Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bütün bu uğurların arxasında Cənab Prezident İlham Əliyev dayanır. Bir sözlə, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Ona görə də, Azərbaycan xalqı əmindir ki, ölkədə sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, sabitlik hüquqi dövlət quruculuğu kimi önəmli faktorlar sadəcə cənab İlham Əliyevin rəhbərliyi altında kök salacaqdır.

Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button