AnalitikaGündəmSiyasət

Cənab Prezident İlham Əliyev əsl lider kimi hər zaman gələcəyə hesablanan qətiyyətli addımlar atır

Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı. “Dövlətimizin başçısı ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Bildirdi ki, Ermənistan, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq istəyirik, sülh istəyirik. Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycan liderinin tələblərini təcili şəkildə yerinə yetirməlidir. Əks təqdirdə, məsuliyyəti Ermənistan tərəfi daşıyacaq. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik”. İşğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşdırılacağını deyən parlamentari əlavə edib: “Bu barədə dövlətimizin başçısı da müsahibəsində qeyd etdi. Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir”. Prezident İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi “bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar” fikrini xatırladan deputat bildirib ki, bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir. Qərbi Azərbaycan bizim tarixi və əzəli torpağımızdır. Azərbaycan Zəngəzur planını rəsmi olaraq elan etdi. Buna qədər beləmi olub, beləmi idi? Nə isə demək çox çətindir. Azərbaycan Prezidenti vurğuladı ki, son dörd ildir ki, həyatı tam fərqlidir. Bəs, bu fərqli olan nə idi? Azərbaycan imperiya olubmu? Mən dünən ölkə rəhbərinin özünüifadə əminliyində bir imperiya instinkti gördüm. Nitqi, davranışı və coğrafiyası bunun dəqiq ifadəsi idi. O, Qərbi Azərbaycan demədi əslində, Azərbaycanın qərbi dedi. İlham Əliyev hakimiyyətin deyil, xalqının vurğunudur. Ona görə də bu xalqın mənafeyinə, marağına, torpağına, sərhədinə, təyyarəsinə toxunulan yerdə heç bir güzəştdən, humanistlikdən, müttəfiqlikdən söhbət gedə bilməz! Kimin layiqli cavabı nədirsə, anındaca verəcək! İlham Əliyev bütün həmlələrə qarşı siyasi müvazinəti tarazlayandan, öz gücünü və resursunu hesablayandan, dövlətini və xalqını bütün təhlükələrdən sığortalayandan sonra danışır və addım atır.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button