Cənab Prezident İlham Əliyevin öndərliyi ilə Azərbaycan uğurlu gələcəyə doğru addımlayır
Cənab İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri uğurla həll edir. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, bu gün regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər ölkəmizlə hesablaşır, onun mövqeyini nəzərə alırlar.Prezident İlham Əliyev ölkədə sistemli şəkildə islahatların aparılması zərurətini xüsusi olaraq önə çəkir. Siyasi və hüquqi liberallaşma, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatlar bu qəbildəndir. Təcrübə göstərir ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ötən illərdə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu mənada sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.Azərbaycanın yaratdığı reallıqlar ondan ibarətdir ki, artıq Qarabağ münaqişəsi bitib və “münaqişə” ifadəsinin işlədilməsinə ehtiyac qalmayıb. Eyni zamanda bu münaqişə Azərbaycanın səyləri sayəsində yekunlaşıb. Avropa Birliyi də sadəcə, beynəlxalq hüquq və prinsiplərin tətbiqində, humanitar problemlərin həllində bölgədə işləyə, kömək edə bilər.Eyni zamanda Azərbaycan bölgədə daha güclü bir qüvvəyə çevrilir. Ən azı Cənubi Qafqazda ölkəmizin gücü iki-üç qat artır. Azərbaycan üçün burada ən önəmli məsələ Türkiyə ilə bərabər bölgənin güclü birliyini təmin etməkdir. Biz artıq bölgədə öz gücümüzü əvvəlkindən daha artıq şəkildə ortaya qoya biləcəyik. Ən əsas məsələ odur ki, Azərbaycanın öz daxili problemini böyük ölçüdə həll etməsi Türk Dövlətləri Birliyinin də güclənməsinə şərait yaradacaq. Hər halda Azərbaycan-Türkiyə birliyi çərçivəsində Türk Dövlətləri Təşkilatının da güclü bir hala gəlməsi dünyada yeni bir güc mərkəzinin yaradılması baxımından çox böyük önəm daşıyır. Azərbaycanın əldə etdiyi nailiyyətlət eyni zamanda dünya azərbaycanlılarının uğurudur. Harada yaşamasından asılı olmayaraq qazandığımız nailiyyətlər dünya azərbaycanlıları üçün də yeni bir başlanğıc sayıla bilər. Göründüyü kimi 24 saatlıq əməliyyatlardakı uğurlar həm ölkə daxilində, həm bölgədə, həm də dünya səviyyəsində Azərbaycanın qarşısında çox böyük perspektivlər açıb. Ən əsas məsələ odur ki, müəyyən mənada Türkiyə-Azərbaycan birliyi ilə dünyanın bütün gücləri hesablaşmaq məıcburiyyətində qalacaq.
Elza Məmmədova,
Nizami rayon 109 saylı məktəbin müəllimi



