Analitika

COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir

Prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlar yaradıb ki, indi Azərbaycanın nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik, özü belə platformanın təşkilatçısıdır. O cümlədən də COP29-a məhz ölkəmizin evsahibliyi etməsi  Azərbaycana beynəlxalq ictimaiyyətin böyük etimadı olmaqla yanaşı, həm də Bakıya haqq səsini çatdırmaq üçün qlobal tribuna olacaq.  COP29-un miqyasını Azərbaycan üçün böyük fürsətdir.  Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən bir dövlətdir. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaqdır. Azərbaycan dinamik inkişaf edən iqtisadiyyata malik olan bir dövlətdir. Bu, COP29 üçün kifayət qədər maliyyə resurslarını təmin edir. Ölkədə müasir hava limanları, yollar və mehmanxanalar da daxil olmaqla inkişaf etmiş infrastruktur var məlumatlılıq artır.Azərbaycanda ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirilir. İqlim dəyişikliyi məsələlərinin ölkənin digər fəaliyyət sahələrinə inteqrasiyasını asanlaşdıra bilər. Azərbaycan ekologiya və iqlim sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəal iş aparır. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Ölkəmizdə “yaşıl” enerjidən istifadənin genişləndirilməsi sahəsində əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl” enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl” hidrogen, elektromobillik və digər məsələlər həll olunur. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button