Gündəm

COP29 -un ölkəmizdə keçirilməsi mühüm hadisədir

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirmək olar.  Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verilir. Ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiq olunması ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətində mühüm addımlar atılır.

Azərbaycan bu günədək nüfuzlu beynəlxalq təşkilatların siyasi, iqtisadi və humanitar problemlərə həsr olunmuş əhəmiyyətli tədbirlərinə ev sahibliyi etmişdir. Bu il ən böyük beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsini mühüm hadisə kimi qiymətləndirmək olar. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. COP29 iqlim dəyişikliyinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayan beynəlxalq tədbirdir.

“COP29 ölkəmizdə “yaşıl ideyaların” reallaşması istiqamətində institusional və kompleks tədbirlərin həyata keçirilməsinə təkan verməklə yanaşı  dünyanın “düşünən beyinləri”ni də  ölkəmizdə cəmləşdirəcək. Beləliklə Azərbaycanın COP29-a ev sahibliyi etmək istəyi  ölkəmizin xoş niyyətinin daha bir ifadəsidir. COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyaraq,  aidiyyatı dövlət qurumlarının bu prosesdə yaxından iştirakını təmin edəcəkdir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button