Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin layiqli davamçısı Cənab Prezident İlham Əliyev öz həyat və fəaliyyət tarixi ilə bu günki gənclərə örnək olacaq şəxsiyyətlərdəndir. O, təkcə təhsili ilə deyil, geniş dünya görüşü, ictimai-siyasi mövqeyi, səriştəsi ilə nəinki Azərbaycan xalqının, eyni zamanda dünya ictimaiyyətinin böyük rəğbətini qazanmışdır.
1961-ci ildə dekabrın 24-də Bakı şəhərində anadan olmuş cənab İlham Əliyev 6 saylı məktəbdə təhsil almış, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan lider, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
Təhsili, elmi uca tutan bu şəxsiyyət dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa müvəffəq olmuşdur. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun müəllimi işləmiş,1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışaraq bir sıra şirkətlərə rəhbərlik etmiş, 1994-2003cü illərdə Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti sonra isə prezidenti olmuşdur. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilmiş, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, 1999-cu ildə Yeni Azərbaycan Partiyasinin sədr müavini, 2001-ci ildə sədrin 1-ci müavini, 2005-ci ildə partiyanin sədri seçilmişdir. 2003-cü ildə isə Azərbaycan Respublikasinin baş naziri seçilmişdir.
Prezident İlham Əliyev geniş beynəlxalq fəaliyyətlə məşğul olmuş 2001-2003-cü illərdə AŞPA-da Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub, 2003 cü ilin yanvar ayında isə Avropa Şurasi Parlament Assambleyasinin sədrinin müavini, Aşpa-nin Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurasinin Parlament Assambleyasinin fəxri üzvü diplomu və medali ilə təltif edilib.
Ulu öndər Heydər Əliyevin siyasətinin davam etməsi ölkədə sabitliyin qorunması demək idi. Keçdiyi uğurlu siyasi yol xalqın rəğbətini qazanmağına səbəb olmuş, ictimaiyyətin böyük əksəriyyətinin gənc olmasina baxmayaraq səriştəli və uzaqgörən bu siyasətçini özünə rəhbər görmək istəməsi 2003-cü il oktyabrın 15-də onun Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə nəticələndi. Prezident İlham Əliyev 76%-dən çox səs toplayaraq dövlətimizin başçisi seçildi. Göstərilən etimadı doğruldan bu rəhbər xalqın ümid çırağına, istinadgahına çevrildi. 2008-ci və 2013-cü illər prezident seçkilərində xalqın yalnız bir hədəfi oldu. Prezident İlham Əliyevin böyük üstünlüklə səs qazanaraq növbəti dəfə xalqın dəyişməz seçimi olmuşdur.
Uzaqgörənliyi və yürütdüyü məqsədyönlü siyasət nəticəsində beynəlxalq münasibətləri nəzəri və emprik çəhətdən düzgün analiz edən siyasətçi antiazərbaycanı qüvvələrin bütün ölkəmizdə yaratmaq istədikləri xaosu müvəffəqiyyətlə dağıtmağa nail oldu. Gələcəyə hesablanmış siyasəti nəticəsində iqtisadiyyatımızı gücləndirəcək sahələrə investisiyalar cəlb etdi. Gənclərin ölkə siyasətində və iqtisadiyyatında rolunu artırmanın başlıca rolunun təhsil olduğunu nəzərə alan lider təhsili ön plana çəkmiş, xaricdə geniş təhsil proqramları təşkil olunmuş təhsil sahəsində dövlət proqramlari tərtib olunmuşdur. Təhsil sahəsində geniş miqyaslı fərmanlar və sərəncamlar imzalanmışdır. Prezidentin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsas göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin eləcə də dövlətin marağında olan təhsil sahəsinin inkişafını diqqətdə saxlamış, təhsilin inkişafı üçün ciddi problemlərin həllini daim diqqət mərkəzində sağlam, geniş tədbirlər həyata keçirmişdir. Hətta o, çıxışlarının birində qeyd etmişdir. “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı büdcədə təhsil xərcləri birinci yerdə olardı”. Prezident İlham Əliyev təhsilin inkişafını hər zaman prioritet məsələ kimi diqqətdə saxlamışdır.
Təhsil sahəsində islahatların keçirilməsinə hələ Ümumilli Lider Heydər Əliyevin hakimiyyəti illərində başlanmışdır. 30 mart 1998-ci il sərəncamı ilə islahatlara start verildi”. Azərbaycan Respublikasının Təhsil sisteminin Təkmilləşdirilməsi” haqqında 13 iyul 200-ci il tarixli fərmanı ilə Azərbaycanda təhsilin inkişafinda yeni üfüqlər açıldı. Cənab Prezident həmişə vurğulayıb ki, güclü dövlət güclü təhsil sütunları üzərində möhkəmlənə bilər. Təhsil siyasəti elmi-texniki tərəqqi ilə şərtlənir. Prezident İlham Əliyev demişdir – “Təhsil sahəsində bu günə qədər qazandığımız uğurların əsasında islahatlar dayanır, apardığımız islahatlar daha da dərinləşməlidir”.
Yerləşdiyimiz coğrafi mövqe, malik olduğumuz təbii sərvətlər, beynəlxalq ticarət yollarinin üzərində yerləşməmiz və s. həmişə yaddellilərin gözlərini üzərimizə cəmlənməsinə səbəb olmuşdur. Dəmir yumruq ətrafinda birləşən xalqımız 44 gün ərzində öz azadlığına qovuşdu. Erməni vandallarının viran qoyduğu əzəli torpaqlarımızda Cənab Prezident tərəfindən dərhal yenidənqurma tədbirləri və bərpa quruculuq işlərinə start verildi. Yeni məktəblər, bağçalar, təlim-tərbiyə ocaqları və möhtəşəm “Qarabağ Univeristeti” tikilib istifadəyə verildi. 2024-2025-ci tədris ilində 1000-dən çox tələbə universitetdə təhsilə cəlb edilmişdir.
Prezident İlham Əliyevin Azərbaycan xalqının inkişafı naminə apardığı siyasət, gördüyü genişmiqyaslı tədbirlər saymaqla bitmir. Bütün sahələrdə bu siyasətin parlaq lövhələri canlanmaqdadır. Azərbaycan xalqının hər bir vətəndaşı bu uğurlara şahiddir. Xalqını sevən hər bir azərbaycanlı cənab prezident İlham Əliyev siyasətini dəstəkləyir. Xalqımızın böyük oğlunun atdığı hər addımda Azərbaycan sevgisi, millət təssübü, vətən məhəbbəti duyulmaqdadır.
Ülkər Nəsibova,
Maştağa qəsəbəsi, 293 nömrəli orta məktəbin kitabxanaçısı