Dəmir Yumruq: Xalq-İqtidar Birliyinin Təntənəsi

Azərbaycanın qazandığı tarixi Zəfərin arxasında dayanan Ən mühüm amillərdən biri xalq ilə iqtidar arasındakı qırılmaz birlikdir. “Dəmir Yumruq” kimi ifadə olunan bu birlik həm daxildə, həm də xaricdə hər kəsə nümayiş etdirdi ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Müharibə dövründə bu həmrəylik ən yüksək zirvəyə çatdı.
Cəmiyyətin bütün təbəqələri – yaşından və mövqeyindən asılı olmayaraq – dövlətin və ordunun yanında oldu. Hərbçilərimizin cəbhədə göstərdiyi qəhrəmanlıq arxa cəbhədəki insanların mənəvi dəstəyi ilə qidalandı. Bu ümummilli həmrəylik düşmənin bütün planlarını alt-üst etdi və qələbəni qaçılmaz etdi.
Prezident İlham Əliyevin xalqa müraciətləri hər dəfə cəmiyyətdə böyük ruh yüksəkliyi yaradırdı. Xalq öz Liderinə inanırdı və bu inam hərbi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Hər bir vətəndaş özünü bu qələbənin bir parçası hiss edirdi.
Bu gün həmin birlik Azərbaycanın gələcək inkişafının və təhlükəsizliyinin əsas təminatçısıdır. Dəmir Yumruq sadəcə hərbi gücün deyil, həm də xalqın mənəvi bütövlüyünün simvoludur. Bu birlik əbədiyyətə qədər qorunacaq və nəsildən-nəslə ötürüləcəkdir.
Ceyran Qurbanova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 72” ərazi partiya təşkilatının sədr müavini



